Sakinləri qorxudan məsələnin aqibəti necə oldu? - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsi, Rafiq Dünyamalıyev küçəsindəki həyət evlərinin sakinləri mənzillərinə birləşik ərazidə aparılan çoxmərtəbəli bina tikintilərindən narazıdırlar.
Sakinlər tikinti ilə öz evləri arasındakı məsafənin cəmi 2-3 metr təşkil etdiyini bildirirlər.
Vətəndaşların sözlərinə görə, onların razılığı olmadan başlayan işlər zamanı evlərin təhlükə altına düşməsi və ətrafın toz-torpaqla çirklənməsi əsas narahatlıq doğuran məqamlardandır.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, əməkdaşları tərəfindən sözügedən ərazidə keçirilən monitorinq zamanı Masazır kəndi, Rafiq Dünyamalıyev küçəsi, 14 ünvanında vətəndaş Həsənov Rəşad Rasim oğlu tərəfindən müvafiq icazə sənədləri olmadan bünövrə tikintisi işlərinin aparıldığı aşkar edilib: “Aşkar edilmiş pozuntu ilə əlaqədar İcra Hakimiyyəti tərəfindən tikinti işləri dayandırılıb və vətəndaşa müvafiq xəbərdarlıq edilib. Vətəndaş barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə məlumat aidiyyəti qurumlara göndərilib”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












