Asiya və Avropada nələri etmək qadağandır? - TÖVSİYƏLƏR

Öyrənək 10 İyul 2022 13:16 Oxunub 1022
Asiya və Avropada nələri etmək qadağandır? - TÖVSİYƏLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ən qonaqpərvər və turistlərə dost ölkədə belə, tabu deyilən müəyyən qadağalar var. Bir çox ölkələrdə bu məhdudiyyətlər təkcə ictimai yerlərdə davranış normalarına aid deyil, həm də geyim tərzi, spirtli içki qəbulu, hər şeyin və hamının ard-arda fotoşəklini çəkmək istəyi və digər məqamlarla bağlı məsələlərə aiddir. Ona görə də hər hansı bir ölkəyə getməzdən əvvəl bütün bunları bilmək məsləhətdir ki, yumşaq desək, xoşagəlməz vəziyyətə düşməyəsiniz.

TÜRKİYƏ

Türkiyə, əlbəttə ki, dünyəvi ölkədir, amma yenə də geyim tərzində müəyyən normalara riayət etməyə dəyər. Bu, İstanbul, İzmir və digər böyük şəhərlərə və turizm mərkəzlərinə, xüsusən də otel və otellərin ərazilərinə şamil edilmir. Amma “yerli” Türkiyə də var ki, onu da görməyə dəyər. Burada insanlar daha dindar və mühafizəkardırlar, buna görə də müəyyən bir geyim koduna əməl etmək zərər verməz. Türkiyənin ən qabaqcıl çimərlik ərazilərində belə, yaxınlıqda yerli sakinlər varsa, günəş vannası qəbul edərkən də geyim tərzinizə diqqət etməlisiniz. Axı, müsəlman ölkəsidir, heç kim sizi cərimələməyəcək, burada turistlərə çox diqqətlə yanaşırlar, amma hörmət göstərməyə dəyər.

Türkiyənin ən məşhur turizm bölgələrində belə, turistlərə loyallıq nümayiş etdirsələr də, küçələrdə və ictimai yerlərdə spirtli içkilərdən sui-istifadə etməməlisiniz.

Türklərin ölkəyə gələn qonaqla qarşı çox qonaqpərvər münasibəti ilə yanaşı bir məqamı da unutmaq olmaz. Bunlar polis və hüquq-mühafizə orqanlarıdır. Onların qanuni tələblərinə məhəl qoymayanların məşhurluğu, tanınmış bir adam olması belə işə yaramır, əks halda xeyirxahlıq, daim köməklik göstərmək sərtliyə çevrilə bilər. 

Və türklər çox siyasi fəal insanlardır, onların siyasətçilərini müzakirə etmək və qınamaq arzuolunmazdır, xüsusən də həmsöhbətinizin üstünlüklərini bilmirsinizsə. Bu, türk ordusuna da aiddir, ona münasibət çox ülvidir, müqəddəsdir. Odur ki, münaqişənin qarşısını almaq üçün bu mövzulara toxunmamaq daha yaxşıdır.

MİSİR

Bizim üçün daha bir çox məşhur yay turizm məkanıdır. Əgər tətiliniz hər şey daxil sistemində nəzərdə tutulubsa, yəni hər şey burada və indi nəhəng bir kompleksin ərazisindədirsə, onda nə geyim kodu, nə də spirtli içki ilə bağlı heç bir problem yoxdur. Ancaq Qahirədə və ya İsgəndəriyyədə istirahət etmək qərarına gəlsəniz, yerli adət və ənənələrə hörmət etməsəniz, turist statusunuz belə sizə kömək etməyəcək.

Onlar ictimai yerdə siqaret çəkməyə göz yuma bilərlər, lakin spirtli içkilərin ictimai istehlakı və ya həddindən artıq açıq-saçıq geyimlər xoş qarşılanmır, xüsusən də hər addımda məscidlər və ibadət yerləri olduğundan. Burada dini qanunlara Türkiyədəkindən qat-qat ciddi riayət olunur, xüsusən də Ramazan ayında daha diqqətli olun. Orucluq zamanı heç bir yemək və içki olmamalıdır.

Yerli əhalinin, xüsusən də hərbçilərin və polisin icazəsi olmadan şəklini çəkməyin.

P.S. Heç bir halda Misirdən yerli valyutanı, əntiq əşyaları, mərcanları və digər dəniz faunası və florasını çıxarmayın.

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ

Misirdəki qadağalar haqqında yazılanların hamısı turistlərimiz tərəfindən sevilən Dubaya və Əmirliyin digər şəhərlərinə də aiddir, özü də üçqat çox. Axı burada, bu pozuntulara görə nəinki böyük bir cərimə, hətta həbs cəzası və qamçılanmaq, hətta edam cəzası da var. Bizim üçün dostluq hisslərinin elementar təzahürü qucaqlaşmaq (öpüşləri demirəm) və ya hətta əks cinslə əl-ələ tutmaq tövsiyə edilmir. Heç bir halda icazəsiz yad adamların, xüsusən də qadınların, habelə dövlət obyektlərinin və yerli hakimiyyət binalarının şəkillərini çəkməməlisiniz. Geyim tərzinə uyğunluq, spirtə ciddi qadağa - bütün bunlar otel ərazisi istisna olmaqla, sözsüz riayət olunmalıdır. 

AVROPA

Hər cür qadağaların yalnız müsəlman və Asiya ölkələrində olduğunu düşünürsünüzsə, bu belə deyil. Fransa, İtaliya və Avropanın digər məşhur turist ölkələrində ictimai yerlərdə siqaret çəkməyə görə cərimələr bir neçə yüz avroya çata bilər.

Yunanıstanda siqaret qadağasının təkrar pozulmasına görə cərimə bir neçə min avroya çatır. Afinada qadın hündürdaban ayaqqabı geyinirsə, Akropol və ya Parfenona daxil olmaq ona qadağan ediləcək.

İtaliyada turistik yerlərdə pilləkənlərdə oturmağınız qadağan oluna bilər və hətta buna görə cərimə edilə bilərsiniz. Venesiyanın Piazza San Marco meydanında isə göyərçinləri bəslədiyinizə görə cərimə almağın mümkündür. Florensiyada şəhərin tarixi mərkəzində səki və ya bordürlərdə kiçik bir ayaqüstü qəlyanaltı üçün sizə 500 avro cərimə yazıla bilər. Sardiniyada çimərlikdən balıqqulağı və ya çınqıl götürdüyünüzə görə də böyük cərimələr ala bilərsiniz.

Əgər siz İsveçrəyə səfər etmək qərarına gəlsəniz, o zaman nəzərə alın ki, İsveçrə markalı saatın saxtasını taxsanız, sizi çox böyük məbləğdə, on min yerli franka qədər cərimə gözləyir. Yeri gəlmişkən, saxta məhsullar, İtaliyada onları almaq üçün cərimələr daha yüksəkdir, ona görə də diqqətli olun.

Bəzi məntiqsiz qadağalar da var, məsələn, Fransa və Böyük Britaniyada dəmiryol stansiyalarında öpüşmək qadağandır, sanki bu, qatarın yola düşməsini gecikdirə bilər. Bunun üçün səni heç kim cərimələməyəcək, amma qadağa götürülməyib. Danimarkada turistlərin Manneken Pisin, Amsterdamda isə Qırmızı İşıq Bölgəsinin şəklini çəkməsinə icazə verilmir. Böyük Britaniyada heç bir halda dəniz heyvanlarını ovlaya və ümumiyyətlə onlara toxuna bilməzsiniz, çünki onların hamısı kral mülküdür.

P.S. Qadağalar və cərimələr haqqında məlumat heç də müəyyən bir ölkəyə səfərdən imtina etmək çağırışı deyil, sadəcə əvvəlcədən xəbərdar olsanız yaxşıdır. 

Həmişə gəzməkdə!

AviaTravel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh