Avtomobildə kəmər taxmamaq cinayət məsuliyyətinə gətirib çıxara bilər - Hüquqşünas

Bakı-Sumqayıt şossesində 10 MY 551 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobil yüksək sürətlə “Opel” markalı avtomobilə çırpılıb. “Mercedes”də olan bir nəfər xəsarət alıb.
Qəzanı şərh edəın hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, yayılmış fotolarda “Mercedes Gelandewagen” markalı avtomobilin alın şüşəsinin sağ tərəfinə diqqət etdikdə sərnişinin başının alın şüşəsinə çirpılmasından yaranan xarakterik əzik olduğu görünür. “Belə hal sərnişin kəmər bağlamayanda avtomobil qəflətən maneəyə dəyib dayandıqda yaranır. Sərnişin xüsusi hazırlıqlı idmançı olsa da, zərbəni gözləsə də, əgər kəmər bağlamayıbsa, yenə də başının alın şüşəsinə çırpılması qaçılmaz olur. Belə çırpılma isə ciddi kəllə-beyin travması, bəzən başın əzilməsi və ölüm deməkdir. Bunun nəticəsində sadəcə maddi ziyan yox, həm da sağlamlığa zərər dəyir. Həm də inzibati xəta sayıla biləcək hadisə cinayət xarakterli yol-nəqliyyat hadisəsinə çevrilir (sürücülərdən hansısa hadisədə təqsiri olarsa, artıq cinayət məsuliyyətinə cəlb edilir).
Ona görə də sərnişinlər də təhlükəsizlik kəmərini bağlamlıdır. Sürücü isə sərnişindən kəməri bağlamağı tələb etsə, bunun zəruriliyini ona anlatsa, yaxşı olar. Bununla sürücü həm də özünü daha ciddi məsuliyyətdən sığortalamış olur.”
Orxan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












