Avtomobilin şüşəsindən qaralmaq mümkündürmü? - MARAQLI CAVAB

Şübhəsiz ki, günəşli günlərdə evdə və ya ofisdə qalmaq məcburiyyətində qalan insanlar özlərinə belə bir sual verirlər: pəncərə şüşəsindən günəşli havada qaralmaq mümkündürmü və sürücülər avtomobilin pəncərəsindən qarala bilərmi?
Avtosfer.az bununla bağlı maraqlı açıqlamanı təqdim edir:
Ultrabənövşəyi 3 növə bölünür:
• A növü - dalğa uzunluğu 315 ilə 400 nanometr arasında olan ultrabənövşəyi radiasiyaya yaxındır. Az miqdarda, insanlar üçün tamamilə zərərsizdir.
• B növü - dalğa uzunluğu 280-315 nanometr olan orta diapazonlu ultrabənövşəyi. Dəridə qaralmanın meydana gəlməsinə kömək edir.
• C növü - dalğa uzunluğu 100 ilə 280 nanometr arasında olan uzun diapazon. Belə günəş radiasiyası həddindən artıq və insanlar üçün zərərli hesab olunur. Xoşbəxtlikdən bizim üçün o, yer atmosferi tərəfindən demək olar ki, tamamilə bloklanır.
Adi şüşə ultrabənövşəyi B əks etdirir. Buna görə də pəncərədən qaralmaq alınmayacaq.
Bununla belə, şüşə ultrabənövşəyi A buraxır. Bu radiasiyaya uzun müddət məruz qalma dərinin fotoyaşlanmasına və subkutan piy toxumasının atrofiyasına səbəb olur. Bu o deməkdir ki, dəri daha tez nazikləşəcək və qırışlarla örtüləcək.
Eyni şey avtomobilin şüşələri ilə də baş verir. Daim sükan arxasında olmaq məcburiyyətində qalan sürücülərin üzündə asimmetrik şəkildə qırışlar əmələ gəlir.
Üzvi və kvars şüşəsi başqa xüsusiyyətlərə malikdir. Belə şüşələr ultrabənövşəyi B ötürür. O bərabər qaralmanın yaranmasına imkan yaradır, məhz onlardan solyariumda istifadə edirlər.
(Lent.az)
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO












