Azərbaycanlılar Rusiyaya necə gedə bilərlər, hansı alternativ marşrutlar var?

Öyrənək 8 Mart 2022 23:34 Oxunub 2786
Azərbaycanlılar Rusiyaya necə gedə bilərlər, hansı alternativ marşrutlar var?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Martın 8-dən etibarən Azərbaycan və Rusiya arasında birbaşa hava əlaqəsi dayandırılır. Bu həm Rusiya, həm də Azərbaycan aviaşirkətlərinə aiddir. Əlbəttə, bu hadisə bir çox sərnişinlərin planlarına ciddi təsir etdi.

Hazırda pandemiya-karantin qaydalarına görə Azərbaycan və Rusiya arasında quru sərhədi bağlıdır, yəni nə qatar, nə avtobus, nə də şəxsi avtomobillə Azərbaycan vətəndaşları Rusiya Federasiyasına keçə bilməzlər. 

Birbaşa hava əlaqəsi də bağlandığı üçün, qalır üçüncü ölkə üzərindən uçuş etmək. Sizə Azərbaycandan Rusiyaya və Rusiyadan Azərbaycana gəlmək üçün alternativ yolları təqdim edirik.

Azərbaycan vətəndaşlarının Rusiya şəhərlərinə ən qısa məsafəli səfəri İstanbul üzərindən Türk Hava Yolları və Pegasus, Minsk üzərindən isə Belavia ilə mümkündür. 

Misal üçün, Bakı-İstanbul-Moskva səfərinə minimum 9 saat sərf edəcəksiniz. Qiymət isə yaxın tarixlərə bir tərəf üçün 300 avrodan başlayır. Moskva-İstanbul-Bakı səfərinə isə ən azı 8 saat və 1200 avro lazımdır. Ən yaxın tarixlərə isə bilet qiyməti 2000 avronu aşır Bu normal qiymərlərdən hardasa 10-12 dəfə çoxdur, çünki Bakıdan Moskvaya birbaşa uçuşun qiyməti təxmini 100-200 avro olur.

Belavia ilə isə Bakı-Minsk-Moskva reysinə 6 saat sərf edəcəksiniz. Yaxın tarixlərə qiymət 463$-dan başlayır. Moskva-Minsk-Bakı reysi isə 17 saata başa gəlir, çünki Minskdə tranzit müddəti çoxdur. Amma qiymət THY-sən daha ucuz, 424 dollardır.

Moskvaya daha uzun səfərləri, FlyDubai ilə Dubay üzərindən, Air Arabia ilə Şarja üzərindən, Air Astana ilə Almatı və Nur-Sultan şəhərləri üzərindən, Özbəkistan Hava Yolları ilə isə Daşkənd üzərindən etmək olar.

Eyni qayda ilə Rusiyadan Azərbaycana da gəlmək olar. 2022-ci ilin yanvar ayına olan statistika göstərir ki, Rusiya Azərbaycana gələn turistlərin sayında birinci yerdədir.  

Rusiya Federasiyasının vətəndaşları isə Azərbaycan-Rusiya quru sərhədindən Rusiya ərazisinə heç bir problem olmadan keçə bilərlər.  Onların PCR test verməyinə də gərək yoxdur. Sərhədə ən yaxın olan aeroport Mahaçqala şəhərindədir. Oradan isə Rusiyanın müxtəlif istiqamətlərinə uçuşlar olur. 

Daha bir ehtimal odur ki, Rusiya qeydiyyatında olan təyyarələrin uçuşuna icazə veriləcək, misal üçün Rusiya istehsalı olan Superjet təyyarələri Azərbaycana uça biləcək. Bunu isə yaxın günlərdə biləcəyik.

AviaTravel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh