Bakının ÖLÜM SAÇAN 10 yolu - DİQQƏTLİ OLUN!

Bakıda yol-nəqliyyat hadisələrinin ən çox baş verdiyi küçə və prospektlər açıqlanıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin yollarda daha çox piyadaların vurulması halları qeydə alınıb. Bu küçələr də paytaxtın ən sürətli və hərəkətin intensiv olduğu yollardır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, siyahıda ilk yeri Heydər Əliyev prospekti tutur. Bu ilin 3 ayı ərzində adı çəkilən yolda 11 ağır yol-nəqliyyat hadisəsi olub. Nəticədə 6 nəfər ölüb, 6 nəfər yaralanıb. İkinci yerdə Ziya Bünyadov prospektidir. Burada isə 6 yol-nəqliyyat hadisəsi olub ki, nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb. 5 qəza, 5 xəsarətlə Akademik Həsən Əliyev küçəsi və Qara Qarayev prospekti 3-cü və 4-cü yerləri tutub. 5, 6 və 7-ci yerlərdə 3 qəza, 1 ölü, 2 yaralı ilə Babək prospekti, Koroğlu Rəhimov və Əhməd Rəcəbli küçələri gəlir. 8-ci yerdə 3 qəza, 3 xəsarətlə Fətəli Xan Xoyski küçəsi, 9-cu yerdə 3 qəza 3 ölü ilə Mərdəkan şossesi, 10-cu yerdə isə 3 qəza 1 ölü və 2 yaralı ilə Səməd Vurğun küçəsi qeyd olunub. Təkcə adları çəkilən bu yollarda baş verən qəzalar zamanı 15 nəfər ölüb, 32 nəfər yaralanıb. Mediada yayılan və Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamalarda bildirilib ki, piyadavurma hallarının səbəbkarları əksər hallarda piyadalar özləri olur. Belə ki, bəziləri icazə verilməyən hissədən yolu keçərək həyatlarını təhlükə altında qoyurlar. Bəziləri isə yolu keçərkən ümumiyyətlə sağa-sola baxmır, nəticədə həm özünü, həm sürücünü təhlükəyə atır. Buna görə də, həm sürücülər, həm piyadalar üzərində məsuliyyət hissi artmalıdır. Sürücülər xüsusən yaşayış məntəqələrində sürət həddinə diqqət etməli, dönmə və manver zamanı ehtiyatlı olmalı, piyadalar da həmçinin həyati təhlükələrini nəzərə alaraq, istədikləri yerdən yolu keçməməlidir. Xatırladaq ki, 2022-ci ilin 3 ayı ərzində Bakıda 125 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 52 nəfər ölüb, 96 nəfər yaralanıb. Həmçinin 89 piyada vurma hadisəsi baş verib, 38 nəfər ölüb, 59 nəfər yaralanıb.(Lent.az)
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...












