Bu qayda pozuntusuna görə 12 min manat cərimə oluna bilərsiniz

Son günlərdə sükan arxasında sərxoş və narkotik maddələrin təsiri altında olan sürücülər aşkar edilir. Hətta bir neçə dəfə şəhərlərarası sərnişindaşıma ilə məşğul olan sürücülər də tutulub. Məlumdur ki, bir çox hallarda bu avtobuslar fiziki və ya hüquqi şəxslərə məxsus olur. Onlar isə müxtəlif sürücülərə bu nəqliyyat vasitələrini idarə etmək üçün verirlər. Dəfələrlə sürücülük hüququ olmadan və sərxoş halda sərnişin daşıyan şəxslərə rast gəlinib. Bəs görəsən bu qanun pozuntusunun hansı məsuliyyəti var?
İnzibati Xətalar Məcəlləsinin 337.4-cü maddəsində deyilir ki, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün belə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə, fiziki şəxslər altı yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.
Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər on iki min manat məbləğində cərimə edilir.
Odur ki, daşıyıcı şirkət rəhbərləri bu məsələdə çox diqqətli olmalıdır. Əks halda ciddi şəkildə cəza tədbirləri onları gözləyir.
Emin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












