Bu qayda pozuntusuna görə 5 dəqiqədən bir cərimələnə bilərsiniz

İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində göstərilir ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə sürücü 40 manat cərimə olunur. Sürücülər tez-tez bir gündə təhlükəsizlik kəmərinə görə bir neçə dəfə cərimə olunduqlarını bildirirlər. Gün ərzində bir inzibati xətaya görə bir neçə dəfə cərimə tətbiq etmək olarmı?
İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş xətanın gün ərzində təkrar törədilməsinə görə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu, həmin xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərək xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması hallarını istisna etmir
Yəni gün ərzində texniki vasitələrin köməyi ilə qayda pozuntusu aşkarlanarsa o zaman bir dəfə cərimə tətbiq olunur. Amma yol polisi sizi hər 5 dəqiqədə belə saxlayıb cərimə edə bilər. O vaxta qədər ki, siz təhlükəsizlik kəmərindən istifadə edəcəksiniz.
Orxan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












