Dayanma-durmanı qadağan edən nişan bu sürücülərə aid deyil - QAYDALAR

Dayanma-durmanı qadağan edən nişan bütün nəqliyyat vasitələrinin dayanmasını qadağan edir. Lakin qanunvericilikdə bəzi istisna hallar var ki, həmin hallar bəzi sürücülərə şamil olunmur.
Nişan hansı sürücülərə şamil olunmur və bu hansı hallardır?
Qeyd edək ki, yol nişanları sırasında əlavə məlumat nişanları var. Bu nişanlardan biri də 7.18 lövhəciyidir (əlillərdən başqa lövhəciyi).

7.18 lövhəciyi dayanma durma qadağandır nişanı ilə (3.27 nişanı) birgə tətbiq edildikdə, l və ll qrup əlilləri həmin nişanın təsiri sahəsində avtomobili park edə bilər. Həmçinin, müstəqil tətbiq edilmiş durma qadağandır nişanı (3.28 nişanı) l və ll qrup əlillərinə şamil olunmur. Lakin l və ll qrup əlil olan sürücü həmin üstünlüklərdən yararlanmaq üçün müvafiq nəqliyyat vasitəsində (l və ll qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnamsəində bu barədə müvafiq qeyd olan) “Əlil” tanınma nişanını mütləq quraşdırmalıdır.

Şəfa
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












