Dövlət Vergi Xidməti taksi sürücülərinə xəbərdarlıq etdi - 40 manat cərimə olunacaqlar

Vergi Məcəlləsinə əsasən, ölkə ərazisində fərdi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən şəxslər sadələşdirilmiş vergiödəyiciləridir.
Avtosfer.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin şəxslər fəaliyyət göstərdikləri hər ay üçün müvafiq qaydada fərqlənmə nişanı almalı, əldə etdikləri gəlirin məbləğindən asılı olmayaraq dövlət büdcəsinə sabit məbləğdə aylıq ödəniş etməlidirlər.
Məlumata əsasən, Vergi Məcəlləsinin 220.5-ci maddəsinin tələblərinə uyğun olaraq, taksi xidməti göstərənlər hər ay bir ədəd nəqliyyat vasitəsi üçün 9 manat məbləği əsasında müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış vergi məbləğini büdcəyə ödəməlidirlər. Həmin əmsallar aşağıdakı qayda üzrə müəyyən edilib:
-Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2 əmsal;
-Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla) istisna olmaqla) - 1,5 əmsal;
-Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı şəhərinin kənd və qəsəbələri daxil olmaqla), Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərləri istisna olmaqla) – 1 əmsal.
“Sosial sığorta haqqında” Qanunun 14.5.1-1.10-cu maddəsinə əsasən fərqlənmə nişanı almış vergiödəyiciləri hər ay üçün minimum əməkhaqqının 6 faizi məbləğinin müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış sosial sığorta məbləğini büdcəyə ödəməlidirlər.
Bu əmsallar aşağıdakı qaydada müəyyən edilib:
-Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal;
-Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5 əmsal;
-Digər şəhər və rayonlarda – 1 əmsal.
“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fərqlənmə nişanı əldə edərək fəaliyyət göstərən
vergiödəyiciləri hər ay üçün minimum əməkhaqqı məbləğinin 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər.
Qeyd olunub ki, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...











