“Gələcəyimizi birlikdə düşünək, Narkomaniyaya yox deyək!” - FOTOLAR

Zəngilan rayonu 4 nömrəli ümumi orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant layihənin qalibi Günel Əliyevanın təşkilatçılığı ilə "Gələcəyimizi birlikdə düşünək, Narkomaniyaya Yox deyək!" adlı maarifləndirici tədbir keçirilib.
YAP Zəngilan rayon təşkilatının təşəbbüsü ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Zəngilan rayon 5, 11, 14, 15, 19 və 23 №-li tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, YAP Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Zəngilan rayon Komissiyasının sədri Nizami Mönsümov, Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları - Cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Bərxudar Şıxəliyev, Yetkinlik yaşına çatmayanların işləri üzrə profilaktik işinin təşkili qrupunun baş inspektoru polis mayoru Kəmalə Cəfərova, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, Narkomaniya üzrə ekspert Emil Maqalov, Zəngilan Rayon İcra hakimiyyətində məsləhətçi–psixoloq Mətanət Həsənova, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev, Sumqayıt şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Vüsal Cabbarov, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant layihəsinin qalibi Günel Əliyeva, məktəblərin direktorları və psixoloqları iştirak edib.
Tədbirdə uşaqlara narkomaniya haqqında məlumat verilib, onun ümumbəşəri bir problem olduğu, bu bəlaya daha çox zəif iradəli, aciz insanların meylləndiyi qeyd edilib. Bildirilib ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Tədbirdə Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının daim diqqətdə saxlanıldığı vurğulanıb, psixotrop maddələrin insan orqanizminə vurduğu zərərdən, yaratdığı fəsadlardan ətraflı bəhs olunub. Eyni zamanda tədbirdə o da diqqətə çatdırılıb ki, dünyada narkotik alveri ən çox gəlir gətirən üçüncü sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Beynəlxalq statistikaya əsasən gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır. Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən hesab olunur.
Tədbir daha sonra iştirakçıları maraqlandıran sualları cavablandırılmaqla davam edib.
Fidan
Qəza anında instinktiv sükan hərəkəti niyə təhlükəlidir? – Mütəxəssis AÇIQLADI – VİDEO
Körpü və tunellərdə qəza riskini necə azaltmaq olar? – Mütəxəssis AÇIQLADI - VİDEO
Piyada qəfil yola çıxarsa sürücü nə etməlidir? – Mütəxəssisdən TÖVSİYƏ - VİDEO
Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ
Sürücülərin diqqət etmədiyi təhlükə: Avtobusla piyadaların arasında qalmaq – VİDEO
Sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
Sürücünün düşüncə tərzi qəzaya səbəb ola bilərmi? – Mütəxəssis AÇIQLADI - VİDEO
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
Sürücülərin çoxu bu səhvi edir: İsti havada avtomobili necə düzgün soyutmaq olar?
"Dayanma" ilə "durma"nın fərqi nədir? – Mütəxəssisdən İZAH – VİDEO























