Hesabdan pul "silindi", amma bilet yoxdur! Nə etməli?

"Biletin pulu kartdan çıxılıb, lakin bilet e-poçta gəlməyib. 4 saatdan cox vaxt kecdi bu normaldımı, belə olurmu? Biletlərə ödənilən məbləğ az deyil... Nə edəcəyimi bilmirəm"
Bilet alındıqdan dərhal sonra sistem avtomatik olaraq sərnişinin göstərdiyi poçta biletin verilməsini təsdiq edən marşrut-qəbzini göndərir.
Marşrut-qəbzi (itinerary receipt) sərnişinin bilet alarkən aldığı sənəddir. O, sərnişinin pasport məlumatlarını ehtiva edir, həmçinin bilet nömrəsi və bron kodu, marşrut məlumatları, uçuşun gediş tarixi və vaxtı, ödəniş məlumatlarını əks etdirir. Belə hallara gəlincə, bilet alınır, amma poçtda heç bir qəbz yoxdur vəziyyəti olduqca nadirdir, amma rast gəlinir.
Bu vəziyyətdə nə etməli?
Adətən marşrut-qəbzi ilk bir saat ərzində gəlir. Çox vaxt keçibsə və qəbz poçta gəlməyibsə, sərnişin yoxlamalıdır:
- e-poçt. Ola bilər ki, marşrut-qəbzi Spam və ya Lazımsız Poçt qovluğuna düşüb. Və ya səbəb çox sadədir: sərnişinin poçt qutusu doludur və biletin təsdiq məktubu ona sadəcə "keçə" bilmir.
- e-poçt ünvanı. Mümkündür ki, bileti bron edərkən (verərkən) sərnişin səhv e-poçt ünvanı göstərib (yazı xətası olub, köhnə e-poçt ünvanı göstərilib)
- kart hesabı. Ödəniş uğursuz olarsa, həmin gün vəsait ödəyicinin kartına qaytarılır (adətən bu, 20 dəqiqə ərzində baş verir). Ancaq yenə də əməliyyatı həyata keçirən banka müraciət etmək daha yaxşıdır.

Əgər spam qovluğunda qəbz yoxdursa, pul hesaba qaytarılmayıbsa və düzgün elektron poçt ünvanı göstərilibsə, o zaman sərnişin aviaşirkətlə əlaqə saxlamalı və marşrut qəbzinin olmamasının səbəbini aydınlaşdırmalıdır. Biletin ödənişi keçibsə, onu göndərməsini xahiş edin.
Bu məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinə [email protected] və [email protected] elektron poçt ünvanları vasitəsilə müraciət edə bilərsiniz.
Əlaqə qurarkən, təfərrüatları qeyd etməyi unutmayın: ödəniş vaxtı, seçilmiş istiqamət, səyahət tarixi və s.
Sərnişin üçün qeyd:
Beynəlxalq uçuşlar üçün aviabiletlə yanaşı, yanınızda etibarlı pasportunuz olmalı və sərnişinin keçdiyi ölkələrin və son təyinat ölkəsinin viza, gömrük və tibbi qaydalarına əməl etməlisiniz. Bu qaydalara əməl edilməməsi daşınmadan imtina ilə nəticələnə bilər.
İnkişaf etmiş ölkələrdə ictimai nəqliyyat şirkətləri gəlirlərini necə təmin edir? - ARAŞDIRMA
Bəziləri düşünür ki, qaydalara uyğun sürürsə, qəzada başqası günahkardır – MÜTƏXƏSSİS - VİDEO
Küçə və prospektləri düzgün planlaşdırılan şəhər təhlükəsizliyin təminatıdır - EKSPERT
Səkilərin olmaması şəhər həyatında hansı fəsadlara səbəb olur? – ARAŞDIRMA - FOTO
Avtomobil park etmək üçün bu 4 qaydaya əməl edilməlidir - MÜTƏXƏSSİS - VİDEO
Maşındakı bu konstruksiyalar yanacaq sərfiyyatını artırır – SÜRÜCÜLƏRƏ TÖVSİYƏ
Bakıda fəaliyyət göstərən avtobusların sayı 2350-yə çatıb - EKSPERT
Maşında bu düymənin nə işə yaradığını bilirdiniz? - TÖVSİYƏ - FOTO
Maşından asılan bu aksesuara diqqət edin; əlavə xərc yarada bilər - TÖVSİYƏ
Piyadaların təhlükəsiz hərəkəti üçün ideal səki necə olmalıdır? - FOTO
Təhlükəsiz şəhər konsepti necə təşkil edilməlidir? – Ekspert AÇIQLADI - FOTO








