Lənkəranda “Öyrənək, uşaqları da öyrədək!” mövzusunda təlim keçirilib - FOTO

Lənkəranda “Öyrənək, uşaqları da öyrədək!” mövzusunda təlim keçirilib. Yol hərəkəti qaydaları haqqında azyaşlıların məlumatlandırılması, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin öyrədilməsi, eləcə də onların sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun vəzifələri yerinə yetirmək məqsədilə BDYPİ-nin və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində “Öyrənək, uşaqları da öyrədək” mövzusunda təlim keçirilib. Təlimdə polis əməkdaşları, Lənkəran və ətraf rayonların uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları, şöbə müdirləri, dərnək rəhbərləri iştirak ediblər. İştirakçılara müasir üsullardan istifadə edilərək “İşıqfor”, “Yolu keçmə qaydaları”,“Yol nişanları”, “İctimai nəqliyyatda davranış qaydaları” və “Yol hərəkəti iştirakçıları” mövzusunda məşğələlər keçirilib, yol hərəkəti qaydalarını azyaşlılara öyrətməyin yolları və görüləcək işlər müzakirə olunub. İki gün davam edən təlimdə iştirakçılara elektron variantda təlim materialları və sertifikatlar verilib.
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT















