Reklam

Maskaya görə cəriməni ödəməsək bizi nə gözləyir? - Hüquqşünas AÇIQLADI

Öyrənək 5 May 2022 11:18 Oxunub 2948
Maskaya görə cəriməni ödəməsək bizi nə gözləyir? - Hüquqşünas AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Maskadan istifadə qaydalarının pozulmasına görə vətəndaşlara tətbiq edilmiş inzibati cərimələrin ləğvi zərurəti ilə bağlı fikirlər artmaqdadır. Həm KİV-də, həm də ayrı-ayrı şəxslərin fərdi fikirlərində bunun müxtəlif variantları səsləndirilir. Kimisi belə bir xahişlə məhkəməyə müraciət etməyi təklif edir, kimisi hökumətin (Nazirlər Kabinetinin) qərar verməli olduğunu, kimisi də Milli Məclisin bu məsələni həll etməli olduğunu deyir. Sadəcə “cəriməni ödəməyin” deyənlər də var
Bütövlükdə belə çağırışlar başadüşüləndir və səsləndirilməsinin yeri var. Şübhəsiz ki, bu məsələnin həlli qanun çərçivəsində axtarılmlıdır. Belə bir qanuni yol varmı? 
Öncə nəzərə alaq ki, maskadan istifadənin məcburiliyinin ləğvi maskaya görə cərimə barədə qanuni qüvvəyə minmiş qərarın avtomatik ləğvi demək deyil. Həmin cərimələr qüvvədədir. Onları hələ heç kim ləğv etməyib. Ona görə də “maska cəriməsini ödəməyin” kimi çağırışların hüquqi əsası hələ ki yoxdur.
Bu cərimələrin məhkəmə qaydasında ləğvi perspektivi də aydın deyil, hətta deyərdim ki, indiki şəraitdə qeyri-mükündür. Çünki İXM-in 145-ci maddəsi cərimə tətbiqi barədə qanuni qüvvəyə minmiş qəraın belə bir əsasla ləğvini nəzərdə tutmur. Həmin maddə “İXM-in inzibati məsuliyyət müəyyən edən müvafiq müddəalarının qüvvədən düşmüş hesab edildiyi” halda qüvvəyə minən cərimənin ləğvini nəzərdə tutur. Bu isə maskanın məcburiliyinə dair NK qərarının deyil, İXM-in msakaya görə cərimə müəyyən edən 211.2-ci və 211.3-cü maddələrinin ləğvini (yaxud 2020-ci ilədək olan redaksiyaya qaytarılmasını) ehtiva edir. 
Qüvvəyə minmiş qərarın icrasına xitam verilməsinin İXM-in 145-ci maddəsində göstərilən başqa bir əsası (şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsasların yaranması) isə İXM-in 38-ci və 39-cu maddələrində göstərilən əsasları ehtiva edir ki, bunun da İXM-in 211-ci maddəsinə aidiyyəti yoxdur.
Həm də İXM-in 145.1-ci maddəsinə əsasən, qüvvəyə minmiş qərarın icrasına xitam verilməsi üzrə işə həmin qərarı qəbul etmiş hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) baxmalıdır. Maskaya görə cərimələrin polis tərəfindən tətbiqini nəzərə alsaq, belə müraciətlər məhkməyə deyil, polsi orqanlarına edilə bilər (sonradan polisin qərarından məhkəməyə şikayət edilə bilər). 
Maskaya görə cərimələrin hökumət tərəfindən ləğvi isə mümkün deyil, çünki hökumətin belə bir səlahiyyəti mövcud deyil. 
Yerdə qalır yalnız amnistiya. Maraqlıdır ki, bizim İXM-də amnistiya qaydasında inzibati məsuliyyətdən və ya inzibati tənbehdən azad edilmə yoxdur. Lakin Konstitusiya dolayısilə buna yol verir, çünki Əsas Qanunda məsuliyyət növü fərqləndirilmədən Milli Məclisin amnistiya vermək səlahiyyəti təsbit olunur (95-ci maddədə). Müstəqillik tariximizdə cinayət məsuliyyəti ilə bağlı dəfələrlə amnistiya olub. Amma inzibati məsuliyyətlə bağlı amnistiya, hələ ki, olmayıb. Belə bir amnistiyanı MM verə bilər, çünki maskaya görə cərimənin ləğvi çağırışını edənlər arsında xeyli MM deputatı var.
Digər tərəfdən, bu məsələyə təkcə maska cəriməsinin ləğvi kimi yanaşmaq düz olmaz. Məlumdur ki, karantin qaydalarının pozulmasına görə çoxlu sayda sahibkarların, ticarət və iaşə obyektlərinin, müxtəlif təşkilatların da cərimələnməsi olub. Bəzi vətəndaşların (məsələn, rəsmi olaraq Covid-19 diaqnozu qoyulan və sadəlövhcəsinə qonşudakı poliklinikaya iynə vurdurmağa gedən şəxsin) Cinayət Məcəlləsinin 139-1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi halları da var. Amnistiya təkcə masakaya görə cəriməni yox, bütün bu məsələlərin hamısını, yəni pandemiyaya görə tətbiq edilən inzibati cərimələri və cinayət məsuliyyətinə cəlb edilənlərin icra edilməmiş cəzalarını əhatə etməlidir.
Ayrıca bir məsələ isə artıq ödənilmiş cərimələrin geri qaytarılmasıdır. Nəzərə alaq ki, icra edilmiş qərarla bağlı amnistiya olmur. Ona görə də ödənilən cərimənin qaytarılması yalnız MM-in qəbul edəcəyi xüsusi qanunla mümkün ola bilər. Lakin belə qanunun qəbulu inandırıcı deyil.
İnsanlarımızı düşündürən digər söhbət isə belə amnistiyanın ədalətliliyidir. Çünki minlərlə insan qanuna hörmət edərək maskaya görə xeyli cəriməni vaxtında ödəyib. İndiyədək ödməynlərin cəriməsinin ləğvi, şübhəsiz ki, onların xoşuna gəlməyəcək...

Ərşad Hüseynov

ŞƏRH YAZ
Ad

E-mail

Şərh