Parkinqdə sürücülərin etdiyi bu səhv qəzaya səbəb olur - İZAH - VİDEO

Öyrənək 1 İyul 2026 10:30
Parkinqdə sürücülərin etdiyi bu səhv qəzaya səbəb olur - İZAH - VİDEO
WhatsApp kanalımıza abunə olun

Parklanma zamanı etdiyiniz bu səhv qəzaya səbəb ola bilər

Parklanma zamanı sürücülərin yol verdiyi diqqətsizliklərdən biri də sağa manevr etməzdən əvvəl sağ güzgünü yoxlamamaqdır. Bu isə gözlənilmədən qəza ilə nəticələnə bilər.

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bildirib ki, bu təhlükə xüsusilə yolun kənarında parklanma zolaqları olan küçələrdə daha çox müşahidə olunur. Sürücülər çox vaxt sağ tərəfdə parklanma yerləri olduğu üçün həmin hissədən heç bir nəqliyyat vasitəsinin hərəkət etməyəcəyini düşünürlər. Halbuki, bəzi sürücülər parklanma zolağından istifadə edərək irəliləyir və bu zaman toqquşma riski yaranır.

"Praktiki dərslər zamanı tələbələrə bu vəziyyəti xüsusi olaraq göstəririk. Avtomobil ikinci zolaqda olur, çünki birinci zolaqda parklanmış nəqliyyat vasitələri dayanır. Parklanmaq üçün sağa dönməzdən əvvəl tələbəyə avtomobili saxlamağı və sağ güzgünü yoxlamağı tapşırıram. Bir neçə saniyə sonra sağ tərəfdən, parklanma xətlərinin üzəri ilə hərəkət edən avtomobil keçir. Əgər güzgüyə baxmadan manevrə başlasaydıq, həmin avtomobil bizimlə toqquşa bilərdi", – deyə o bildirib

Aqil Rəhimov vurğulayıb ki, sürücülər "sağ tərəfdə parklanma zolağıdır, oradan heç kim gəlməz" düşüncəsi ilə hərəkət etməməlidirlər. Onun sözlərinə görə, bəzi sürücülər qaydaları pozaraq məhz həmin hissədən irəlilədikləri üçün sağa dönmə və parklanma manevrləri zamanı güzgülərin yoxlanılması mütləqdir.

Hər bir manevrdən əvvəl avtomobili qısa müddətlik saxlamaq, sağ güzgünü diqqətlə yoxlamaq və yalnız təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkət etmək sadə görünsə də, ciddi yol-nəqliyyat hadisələrinin qarşısını ala biləcək vacib təhlükəsizlik qaydalarından biridir.

Eltac Zülfüqaroğlu

Oxunub : 314
ŞƏRH YAZ
Ad

E-mail

Şərh