Qəbələdə “öyrənək, uşaqları da öyrədək” mövzusunda təlim keçirildi - FOTO

Yol hərəkəti qaydaları haqqında azyaşlıların məlumatlandırılması, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin öyrədilməsi, eləcə də onların sağlamlıqlarının qorunması Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən daim diqqət mərkəzində saxlanılır.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun vəzifələri yerinə yetirmək məqsədilə də BDYPİ-nin və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunun Vəndam qəsəbə 2 saylı tam orta məktəbində “Öyrənək, uşaqları da öyrədək” mövzusunda təlim keçirilib. Təlimdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları, eləcə də 11 rayonun uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları, şöbə müdirləri, dərnək rəhbərləri iştirak ediblər.
İştirakçılara müasir üsullardan istifadə edilərək “Svetafor”, “Yolu keçmə qaydaları”,“Yol nişanları”, “İctimai nəqliyyatda davranış qaydaları” və “Yol hərəkəti iştirakçıları” mövzusunda məşğələlər keçirilib, yol hərəkəti qaydalarını azyaşlılara öyrətməyin yolları və görüləcək işlər müzakirə olunub.
İki gün davam edən təlimdə iştirakçılara elektron variantda təlim materialları və sertifikatlar verilib.
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...
















