Qubada müəllimlər yol hərəkəti qaydaları ilə bağlı təlimə cəlb olundu - FOTO

Təhsil Nazirliyinin razılığı ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən respublika uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək rəhbərləri üçün yol hərəkəti qaydalarına aid “Öyrənək, uşaqları da öyrədək!” mövzusunda keçirilən təlimlər davam edir.
Mayın 5-6-da Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində növbəti təlim keçirilib. Təlimdə Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Xızı, Şuşa, Zəngilan, Qubadlı rayonları uşaq-gənclər inkişaf mərkəzlərinin 15 dərnək rəhbəri, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədov, Şuşa şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Cəmilə Vəliyeva, Zəngilan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Hikmət Hüseynov, Xızı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Vasif Əsdanov, Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Mətanət Şahmuradova, Daxili İşlər Nazirliyi Quba Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Xəyal Talıbov, Quba Rayon Polis Şöbəsinin Yol Nəqliyyat Hadisələri üzrə baş inspektoru, polis kapitanı Nail Əliyev iştirak edib.
Məqsəd “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək və yol hərəkəti qaydalarını regionlarda təbliğ etməkdən ibarət olub.
1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva çıxış edərək yolda uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Daxili İşlər Nazirliyi Quba Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Xəyal Talıbov, və Quba Rayon Polis Şöbəsinin Yol Nəqliyyat Hadisələri üzrə baş inspektoru, polis kapitanı Nail Əliyev öz çıxışlarında regionlarda da bu istiqamətdə ciddi maarifləndirmə işlərinin aparıldığını qeyd ediblər.
“Öyrənək, uşaqları da öyrədək!” devizi altında “Svetofor”, “Yolu keçmə qaydaları”, “İctimai nəqliyyatda davranış qaydaları”, “Yol nişanları”, “Yol hərəkəti iştirakçıları”, “Küçə, yol, yolayrıcı” mövzularında keçirilən təlimlər iki gün davam edib.
Təlim iştirakçılarına təqdim olunan öyrədici çalışmalar yerinə yetirilib. Yol hərəkəti qaydalarını uşaqlara interaktiv üsullarla öyrədilməsi tövsiyə olunub, yol hərəkəti ilə bağlı görüləcək işlər müzakirə olunub. Sonda təlimlə bağlı sorğu keçirilib. Belə təlimlərin tez-tez keçirilməsi arzu edilib və bunun rayon UGİM-nin birgə fəaliyyəti üçün vacib olduğu vurğulanıb.
Bütün təlim iştirakçılarına sertifikatlar verilib, təlim materiallarının elektron variantı təqdim olunub.
Neçə yaşadək uşaqlar ön oturacaqda otura bilməz – QANUN NƏ DEYİR? - VİDEO
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışlarında piyada təhlükəsizliyi necə təmin olunmalıdır? – EKSPERT
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...






























