Reklam

Təyyarə ilə pulsuz nə qədər yük gətirə bilərsiniz? - NORMALAR

Öyrənək 17 Dekabr 2021 12:36 Oxunub 16610
Təyyarə ilə pulsuz nə qədər yük gətirə bilərsiniz? - NORMALAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Getdiyimiz yerdən adətən əliboş qayıtmırıq, xüsusən də Türkiyəyə olan reyslərdə mütləq böyük baqajlar üstünlük təşkil edir. Lirənin ucuzlaşması ilə bu ölkəyə şopinqə gedənlərin sayı kəskin artıb. Gətirdiyiniz baqaj üçün nə qədər pul ödəməlisiniz, bu rəqəmləri araşdırmağa çalışdıq.

Baqaj dedikdə, sərnişinin səyahət edəcəyi paltar və şəxsi əşyalar başa düşülür. İki növ baqaj var, qeydiyyatdan keçmiş və qeydiyyatsız (kabin baqajı). Baqajların həcmindən asılı olaraq pulsuz və ödənişli baqajlar mövcuddur. Müxtəlif ölkələrdə pulsuz baqaj normaları müxtəlifdir. İlk olaraq sizə AZAL-ın yerinə yetirdiyi reyslərdə pulsuz/pullu baqaj normalarını təqdim edirik:  

Xidmət sinfi

Pulsuz daşınan baqaj norması

Normadan artıq baqajın daşınma dəyəri

VİP klub

Hər biri 32 kiloqramdan artıq olmamaq

şərtilə 3 baqaj vahidi

 

Hər sonrakı 23 kq-a qədər əlavə

baqaj yeri üçün – 50 EUR; (40 GBP; 60 USD;210  AED)

Yalnız Bakı-Nyu-York-Bakı və

Bakı – Pekin – Bakı reyslərində hər sonrakı

23 kq-a qədər əl və baqaj yeri üçün – 100 EUR(120 USD)*

Biznes

Hər biri 32 kiloqramdan artıq olmamaq

şərtilə 2 baqaj vahidi

Komfort klub       

Hər biri 32 kiloqramdan artıq olmamaq

şərtilə 2 baqaj vahidi    

Ekonom

23 kiloqramdan artıq olmamaq

şərtilə 1 baqaj vahidi

Yalnız Bakı-Nyu-York-Bakı və

Bakı-Küveyt-Bakı reyslərində

23 kiloqramdan artıq olmamaq şərtilə   2 baqaj vahidi.        

Beləliklə, təyyarənin yük yerində daşına bilən pulsuz baqaj haqqından sonrakı hər 23 kiloqram qədər baqaj üçün uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin şəxsi satış kassalarında və akreditə edilmiş agentliklərdə 40 Avro (30 GBP/50 USD/180 AED) məbləğində ödəniş edilməlidir.

Üç ölçünün cəmi üzrə (hündürlük x en x dərinlik) bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olmamalıdır.

2 yaşına çatmamış və hava gəmisinin salonunda valideynləri ilə bir yerdə əyləşərək səyahət edən uşaqlar üçün çəkisi 10 kiloqramdan artıq olmayan və üç ölçünün cəmi üzrə ölçüsü 115 santimetrdən böyük olmayan bir baqaj yerinin pulsuz daşınması hüququ verilir.

2-12 yaş arası uşaqlar üçün pulsuz baqajın daşınma norması böyük sərnişin üçün daşınma normasına bərabərdir.

Təyin edilmiş pulsuz daşınan baqaj normasından əlavə sərnişin minik, düşmə və ya uçuş zamanı ona lazım ola bilən ləvazimatları (əşyaları) daşımaq hüququna malikdir. Buraya aşağıdakı ləvazimatlar (əşyalar) daxildir:

2-yaşına qədər körpə/uşaq ilə uçan sərnişin üçün uçuş zamanı uşaq qidası və səfərdə istifadə üçün beşik;

2-yaşına qədər körpə/uşaq ilə uçan sərnişin üçün yüngül çəkili yığılan uşaq arabası (hava gəmisinin yük bölməsində daşınır).

Üç ölçünün cəmi üzrə bir baqaj yerinin ölçüsü 158 santimetrdən artıq olduğu halda (203-santimetrdən böyük olmaması şərtilə) 50 EUR (40 GBP; 60 USD; 210 AED) məbləğində əlavə haqq alınır.

Üç ölçünün cəmi üzrə bir qeyri-standart baqaj yerinin ölçüsü 203 santimetrdən artıq olduğu halda 100 EUR (80 GBP; 120 USD; 420 AED) məbləğində əlavə haqq alınır.

Bir yer baqajın çəkisi normadan artıq olduğu halda (23 kiloqramdan artıq, lakin 32 kiloqramdan artıq olamamaq şərti ilə) əlavə 50 EUR (40 GBP; 60 USD; 210 AED) məbləğində ödəniş olunmalıdır.

Baqajın normadan artıq çəkisi və ölçüsü üçün əlavə haqq həm icazə verilən norma həddində baqaja, həm də əlavə baqaj yerlərinə görə alınır.

Çəkisi 32 kiloqramdan artıq olan baqaj yalnız yük kimi rəsmiləşdirilir və daşıma üçün qəbul edilir.

Bütün növ uşaq və əlil arabaları yalnız baqaj bölməsində daşınır və müəyyən olunmuş baqaj normasından əlavə, ödənişsiz daşıma üçün qəbul edilir.

 

Təyyarənin salonunda baqajın daşınma norması:

Qeydiyyatdan keçirilməyən baqaj (əl yükü) – çəkisi 10 kiloqramdan artıq və üç ölçünün cəmi üzrə (1 baqaj yerinin) ölçüsü 118 santimetrdən artıq olmayan (55*40*23 sm) baqajdır. Aviasiya Şirkətinin reyslərində baqajın daşınma norması:

VİP klub sərnişinləri üçün – 2 yer;

Komfort Klub sərnişinləri üçün – 2 yer;

Biznes sinif sərnişinləri üçün - 2 yer;

Ekonom sinif sərnişinləri üçün – 1 yer;

Əlavə olaraq təyyarə salonuna qadın əl çantası, kişi portfeli, portativ kompyuter götürmək olar.

Baqajın pulsuz daşınma normasının şamil edilmədiyi xüsusi baqaj əşyaları

Ölçü və çəkisinə görə adi baqajdan fərqlənən iriölçülü və qeyri-standart baqaja pulsuz daşınma norması şamil olunmur. Bunlara aiddir:

- idman ləvazimatı, aşağıda göstərilənlərdən başqa;

- üç ölçü cəmində 115 sm-dən artıq olan ölçüdə musiqi alətləri;

- Audio və videotexnika;

- televizorlar*, soyuducular;

- qablaşdırılmış vəziyyətdə ölçü və çəkisi pulsuz daşınma normasından artıq olan baqaj**;

- diri heyvanlar;

- silah və döyüş sursatları;

*Yalnız Dubay-Bakı istiqamətində uçuşlarda diaqonal ölçüsü 32 inch-ə kimi hər bir televizorun daşınması baqajın pulsuz daşınma normasına daxildir. Normadan artıq baqaj qismində daşındıqda televizorun artıq çəki və ölçüsü nəzərə alınmadan yalnız əlavə yerə görə 60 AED məbləğində ödəniş aparılmalıdır.

Ölçüsü 32 inch-dən artıq 55 inch-dən az olan televizorların qeyd olunan istiqamət üzrə daşınması zamanı, 210 AED məbləğində rüsum tutulmalıdır.

Həmçinin, çəkisi 32 kq-dan və ya diaqonalı 55 inch-dən artıq olan televizorların bu istiqamətdə yalnız yük qismində daşınmasına icazə verilir

Bütün uçuşlarda velosiped baqajın pulsuz daşınma normasına daxildir. Normadan artıq daşınması zamanı artıq ölçü nəzərə alınmamalı yalnız normadan artıq yer və ya çəki olduqda nəzərədə tutulmuş ödəniş aparılmalıdır.

İdman ləvazimatlarının daşınması

Bir dəst qolf və/ və ya xizək avadanlığı nəzərdə tutulmuş normadan əlavə pulsuz daşınır. Sonrakı dəstlərə və onların ölçü və çəkisinin normadan artıq olmasına görə normadan artıq baqajın dəyərinin ödənilməsi qaydalarına əsasən əlavə ödəniş aparılmalıdır. Qolf və xizək avadanlığı dəstinin hava gəmisinin sərnişin salonunda daşınması qadağandır və müvafiq qaydada qablaşdırılaraq baqaj bölməsində daşınmalıdır.

Bütün digər idman avadanlığı və ləvazimat baqajın pulsuz daşınma normasına daxil edilir və normadan (habelə ölçüsü və çəkisi) artıq olduğu təqdirdə, ödənişli baqaj qaydalarına əsasən əlavə haqq alınır.

İdman ləvazimatının (tennis avadanlığı və bədii gimnastika üçün xüsusi dəst istisna olmaqla) hava gəmisinin sərnişin salonunda daşınması qəti qadağan edilir və müvafiq qaydada qablaşdırılaraq baqaj bölməsində daşınır. 

Mənbə: AviaTravel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh