Xarici nömrəli avtobusların Azərbaycanda sərnişin daşıması qanunidir? - AÇIQLAMA

Hazırda qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problem xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində daşıyıcıların rentabelliyinə ciddi zərbə vurur. Daşıyıcılar daha çox Gürcüstan dövlət nömrə nişanlı avtobusların fəaliyyətindən şikayətləniblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində qeyri-müntəzəm avtobus daşıyıcıları ilə görüş keçirilib. Görüşdə daşıyıcıların fəaliyyəti, qarşılaşdıqları problemlər, onların həlli yolları müzakirə olunub.
"Görüş zamanı daşıyıcıların təklifləri dinlənilib. Qərara alınıb ki, kommunikasiya çevikliyinin təmin edilməsi məqsədilə daşıyıcılarla Dövlət Avtomobil Nəqliyyatı Xidməti arasında vahid əlaqə kanalı yaradılsın və məsul şəxs təyin edilsin. Həmçinin, belə nəqliyyat vasitələrinin nömrələri və onlardan istifadə edən daşıyıcılar müəyyən olunaraq müvafiq dövlət orqanı ilə birgə onlara qarşı tədbirlər həyata keçirilsin"-deyə bildirilib (Trend).
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












