Yol polisi at arabasını saxlayıb sürücüyə cərimə yaza bilərmi?

Bəziləri yol hərəkəti iştirakçıları dedikdə yalnız sürücü və piyadaları başa düşür. Amma qanunda at arabasını da düşgün idarə etmədikdə yol polisi həmin şəxsi cərimələyə bilər. Belə ki, inzibati Xətalar Məcəlləsinin 338.5.3-cü maddəsində deyilir ki, işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə görə şəxs 40 manat məbləğində cərimə olunur. Yəni, at arabası belə müvafiq işıq cihazları ilə təhciz edilməlidir. Çünki xüsusilə günün qaranlıq vaxtlarında bu digər yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.
Məcəllənin 338.5.4 və 338.5.5-ci maddəsində qeyd olunur ki, at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə, at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə, qırx manat məbləğində cərimə edilir.
Həmçinin bu yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə, yetmiş manat məbləğində cərimə olunur.
Orxan Əli
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












