Yol polisi bu sürücüləri sərxoş halda saxlasa cərimə edə bilməz - QANUNDA BOŞLUQ

Paytaxt yollarında mopedlərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələri günü-gündən artmaqda davam edir. Təbii ki, hadisələr sürücülərin məsuliyyətsizliyi və laqeydsizliyi səbəbindən törənsə də, qanunvericilikdə olan boşluqlar da sürücülərin qayda pozmasına zəmin yaradır. Bu boşluqlardan biri İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində yer alır. Belə ki, həmin maddədə moped və velosiped sürücülərinin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinə görə nəzərdə tutulmuş məsuliyyət məsələsinə qeyri-ciddi yanaşılıb. Avtosfer.az-ın məlumatına görə, 338.6-cı maddədə qeyd olunub ki, moped və velosiped sürücüləri tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə yol hərəkəti qaydalarının pozulmasına görə 70 manat məbləğində cərimə nəzərdə tutulub. Bu o deməkdir ki, sərxoş vəziyyətdə moped və velosiped idarə edən sürücü svetoforun qırmızı işığında hərəkət edirsə, yol nişanlarının tələbini pozursa və bu zaman 70 manat məbləğində cərimə olunur.
Lakin sərxoş olduğu halda bu qayda pozuntularını törətmədən hərəkət edən sürücünün məsuliyyətə cəlb edilməsi məsələsi 338-ci maddədə öz əksini tapmayıb. Bu isə olduqca təhlükə yaradan bir haldır. Çünki sərxoş vəziyyətdə olan ikitəkərli nəqliyyat vasitəsi sürücüsünün qəza törətmə ehtimalı daha çoxdur. Hətta sərxoşluq dərəcəsi ağır olduğu halda sürücü müvazinətini daha tez itirərək ikitəkərli nəqliyyat vasitəsini aşıra və ölümlə nəticələnə biləcək qəzalara səbəb ola bilər.
Çox təəssüf ki, qanun layihəsi hazırlanarkən bu məsələnin ciddiliyinə önəm verilməyib.
Ümid edirik ki, qeyd etdiyimiz bu məsələ parlamentin gələcək iclaslarında diqqətdə saxlanılacaq və qanun layihəsinə dəyişiklik olunacaq.
Fərid
Cəriməni gecikdirən sürücülərin vəsiqəsi məhdudlaşdırılır? – İZAH – VİDEO
Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: Ala bilməyəcəklər
Gecə 12-dən sonra avtomobildə musiqiyə görə cərimə var? – İZAH - VİDEO
Avtobuslara əlçatanlıq zənciri haradan başlamalıdır? – TƏKLİF
Avtomobilin ön şüşəsinə gerb yapışdırmaq cərimədir? – AÇIQLAMA - VİDEO
Skuterlə qayda pozan yeniyetmələr məhəllədə yıxılıb əzildilər - VİDEO
Sürücülərin piyada keçidində etdiyi bu səhv qəza riskini artırır – XƏBƏRDARLIQ - VİDEO
Bakının real əhalisi 4 milyona yaxındır? – RƏQƏMLƏR
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN...
Sükan arxasında telefonla danışmağa hansı halda cərimə yazılır? – Qanun nə deyir? - VİDEO
Biləcəri dairəsində nəqliyyat sıxlığı necə azaldıla bilər? – TƏKLİF












