YPX postlarında sol zolaqla hərəkət etməyin cəriməsi var? - Qanun belə deyir

Rayon yollarının üzərində yerləşən yol polisi postlarına yaxınlaşarkən sürücülərə elektron tablo vasitəsilə “sağ zolaqla hərəkət edin” müraciəti yazılıb. Bu səbəbdən də sürücülər cərimə olunmamaq üçün sağ zolaqla hərəkət edirlər.
Sürücü postun ərazisində sol zolaqla hərəkət edərsə və ya ötmə əməliyyatı həyata keçirərsə cərimələnə bilərmi?
Qeyd edək ki, qanunvericilikdə postdan keçmə ilə bağlı xüsusi hərəkət rejimi müəyyən edilməyib. Sürücü yaşayış məntəqəsindən kənar yolla hərəkət edirsə klassik qayda olaraq sağ zolaq boş olan halda digər zolaqla hərəkət edə bilməz (ötmə istisna olmaqla). Postların ərazisində də eynən bu qayda əsas götürülür. Posta yaxınlaşan sürücü sağ zolaqların dolu olduğunu görərsə və yaxud qarşısında asta gedən nəqliyyat vasitəsi olarsa, hərəkət sürətini aşmadan və nişanların, nişanlanma xəttlərinin tələbini pozmadan həm sol zolaqla hərəkət edə bilər, həm də ötmə edə bilər. Buna görə sürücü məsuliyyətə cəlb oluna bilməz. Yəni, elektron lövhədə tövsiyə xarakteri daşıyan yazı, heç bir məcburi hal yaratmır.
Leyla
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












