Zəncirvari qəzadan necə xilas olmaq olar? - TÖVSİYƏLƏR

Avtosfer.az zəncirvari qəza və arxadan vurmadan yayınmaq üçün kiçik tövsiyələri təqdim edir:
1. Avtomobilinizi tanıyın. Qəfil dayanma zərurəti yaranarsa avtomobilinizin əyləc məsafəsini nəzərə alaraq qarşıdakı maşınla ara məsafəsi saxlayın.
2. Bu məsafə kifayət qədər böyük olarsa və sizinlə öndəki avtomobilin arasına başqa maşın keçərsə təmkininizi pozmayın, onunla da eyni məsafəni qoruyun. Vacib olan təhlükəsizlikdir.
3. Çalışın tək önünüzdəki yox, onun da önündəki avtomobili görün. Qarşıdakı 2-3 avtomobili görmək hadisələrə vaxtında reaksiya verməyinizə kömək edəcəkdir.
4. Mütəmadi olaraq güzgüyə baxın. Arxanızdakı maşının sizə çox yaxın sürdüyünü düşünürsünüzsə sizi ötüb uzaqlaşmasına şərait yaradın.
5. Sürətinizi hava və yol şəraiti, həmçinin görmə məsafəsinə uyğun nizamlayın.
6. Avtomobilinizin sazlığına diqqət edin. Xüsusilə əyləc və təkərlərin vəziyyəti həyati əhəmiyyətlidir.
7. Tıxac vaxtı tələsməyin, tez-tez zolaq dəyişməyin, manevrlərdən çəkinin. Onsuz da ciddi nəticə əldə etməyəcəksiniz.
8. Sıxlıq vaxtı adətən ən çox yüklənən zolaq sol zolaqdır. Qəzaların da əksəriyyəti sol zolaqda baş verir. Unutmayın, ən təhlükəsiz zolaq orta zolaq, ən təhlükəsiz sürət axının sürətidir.
Yolunuz açıq olsun. Özünüzü qoruyun.
Nazim
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












