Ara küçədən çıxan motosikletçi az qala maşına çırpılacaqdı - VİDEO

Paytaxtın Mirzəağa Əliyev küçəsində qayda pozan motosikletçi kameraya düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 24-də saat 23:06 radələrində qeydə alınıb.
Videodan göründüyü kimi, ara küçədən çıxan motosiklet sürücüsü yola diqqət etmədən hərəkət edib. Nəticədə o, sol tərəfdən hərəkətdə olan avtomobilə təhlükə yaradıb. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü onu vaxtında görərək sola manevr edərək qəzanın qarşısını alıb.
Hadisə göstərir ki, sürücülər yol hərəkəti qaydalarına riayət etməli, xüsusilə ara küçələrdən yola çıxarkən öncə avtomobillərin hərəkət trayektoriyasını yoxlamalı, sürətini azaldıb manevr etməlidirlər. Qanunvericiliyə görə, yolun hərəkət hissəsinə çıxan hər bir sürücü digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək öhdəliyi daşıyır. Diqqətsizlik və qayda pozuntusu cərimə ilə yanaşı, ciddi qəza riskini də artırır.
Nərmin
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












