“Araz”ın yük maşını yolu kəsdi, sürücü isə yellənə-yellənə gəzir - VİDEO

Şirkətlərə məxsus avtomobillərin sürücülərinin paytaxt küçələrində qaydalara zidd davranışları artıq digər hərəkət iştirakçılarının narazılığına səbəb olur.
Avtosfer.az xəbər verir ki, bənzər vəziyyət Səbail rayonunda da vaxtaşırı yaşanır. Belə ki, rayonun Ziya Yusifzadə küçəsindəki “Araz” supermarketlər şəbəkəsinin önündə hər gün yaşanan bu hal bir çox hallarda uzunmüddətli sıxlığın yaranmasına gətirib çıxarır.
Marketə məhsul sifarişi gətirən tədarükçü firmalardan birinə məxsus 77-JY-178 qeydiyyat nişanlı “İsuzu” markalı yük maşınının sürücüsü avtomobili elə saxlayıb ki, bütövlükdə yolu zəbt edib. Bu azmış kimi, yük maşınının sürücüsünün nəqliyyat vasitəsinəm tərəf irəliləməsi də yolda hərəkət edən digər sürücülərin təəccübünə səbəb olub. Sürücü sanki parkda gəzirmiş kimi bayaqdan yolu zəbt edən maşınına o qədər rahat yaxınlaşır ki, digər hərəkət iştirakçıları onu gözləməyə borclu imiş. Videonu Avtosfer.az-a göndərən sürücü deyir ki, bu vəziyyət hər gün bu nöqtədə yaranır və şirkətin sürücüləri başqalarının hərəkətinə maneə olduqlarını heç düşünmürlər də.
Dəfələrlə bu sürücülərə ən yumşaq formada müraciət olunsa da, yenə də eyni şəraiti yaradıb mallarını təhvil verdikdən sonra maşına oturub, “belə də olmalıdır” düşüncəsilə ərazidən uzaqlaşırlar.
Qeyd edək ki, İnzibti Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsinə əsasən, nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə fiziki şəxslər 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir.
Səfər
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO












