Axşam araq içib səhər maşın sürən şəxsi YPX cərimələyə bilərmi?

Axşam saatlarında spirtli içki qəbul edən şəxsin səhər saatlarında sükan arxasına keçməsi cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdəndir. Xüsusilə də sürücülər arasında “axşam içilən alkoqolun səhər cəriməyə səbəb olub-olmaması” sualı aktuallığını qoruyur.
Maraqlıdır, axşam içən şəxsə səhər buna görə cərimə yazıla bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu, qəbul edilən spirtli içkinin miqdarından asılıdır. Onun sözlərinə görə, əgər sürücü az miqdarda spirtli içki qəbul edibsə, səhər saatlarında nəfəsdə və qanda alkoqolun miqdarı xeyli azalır və bu, adətən ölçmə zamanı aşkar edilmir.
Ekspert qeyd edib ki, spirtli içki çox miqdarda qəbul edildikdə isə vəziyyət fərqli ola bilər:
“Əgər şəxs axşam saatlarında xeyli miqdarda spirtli içki qəbul edibsə, səhər saatlarında belə bu, özünü göstərir. Belə hallarda alkoqolun qanda və nəfəsdə qalması mümkündür və bu da inzibati məsuliyyətə səbəb olur”.
Eldəniz Cəfərovun sözlərinə görə, yol polisi tərəfindən aparılan yoxlama zamanı alkoqolun normadan artıq olması aşkarlanarsa, sürücüyə qanunvericiliyə uyğun olaraq cərimə və digər inzibati tədbirlər tətbiq edilə bilər.
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












