“BMW” ilə “avtoş”luq edən gənclərə ağır cəza; birinin vəsiqəsi ömürlük ləğv edildi - VİDEO

“BMW” markalı maşınlarla avtoxuliqanlıq edən şəxslər saxlanılıb. Avtosfer.az xəbər verir ki, Türkiyənin İzmir şəhərində baş verən hadisənin görüntüləri telefon vasitəsi ilə qeydə alınb. Belə ki, iki “BMW” markalı avtomobilin sürücüləri Kemalpaşa küçəsində “drifit” ediblər. Nəqliyyatın hərəkətinə maneə yaradan və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxslər bu əməllərini sosial şəbəkədə paylaşıblar. Görüntülər yayımlandıqdan sonra Şəhər Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları qayda pozan sürücüləri müəyyən edib. Saxlanılan sürücülərdən biri 12 fərqli yol hərəkəti qaydasını pozduğuna görə ümumilikdə 3000 manat cərimə olunub. Onun sürücülük vəsiqəsi də iki ay müddətinə ləğv edilib və nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.
Digər sürücü 9 fərqli qayda pozuntusuna görə ümumilikdə 2600 manat cərimə olunub. O, “drift” hərəkətlərini ikinci dəfə etdiyi səbəbindən onun sürücülük vəsiqəsi birdəfəlik ləğv edilib və nəqliyyat vasitəsi 60 gün müddətinə cərimə meydançasına yerləşdirilib.
Bundan başqa, hər iki sürücü yol hərəkəti təhlükəsizliyini təhlükə atığına görə hakim qarşısına çıxacaq.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












