“BMW”ni avtobus dayanacağında park edib sürücü və sərnişinlərə çətinlik yaratdı - VİDEO
Qaydalar
14 May 2025 17:00

Paytaxtın Tbilisi prospektində (“20 Yanvar” dairəsi yaxınlığında) qayda pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Belə ki, 99-XX-636 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü avtobus dayanacağını zəbt edib. Şikayətçinin sözlərinə görə, telefonla danışan sürücü maşını dayanacaqda park etdikdən bir müddət sonra ərazidən uzaqlaşıb. Nəticədə avtobus sürücüləri zolağa daxil ola bilmədikləri üçün yolun hərəkət hissəsində saxlayaraq sərnişin mindirib-düşürüblər. Eyni zamanda avtobusa minmək istəyən sərnişinlər də çətinlik çəkiblər.
Qeyd edək ki, qanunvericiliyə əsasən sürücülər avtomobillərini avtobus dayanacağından 15 metr kənarda saxlaya bilərlər.
Nərmin
Oxunub : 2506
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:00
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
13 Noyabr 2026 11:36
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
13 Noyabr 2026 10:00
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
13 Noyabr 2026 09:00
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
12 Noyabr 2026 18:15
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
12 Noyabr 2026 10:30
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
12 Noyabr 2026 10:00
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
12 Noyabr 2026 09:00
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
11 Noyabr 2026 19:20
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
11 Noyabr 2026 16:00
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
11 Noyabr 2026 14:00
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
11 Noyabr 2026 13:11
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
ŞƏRH YAZ












