Dönmə işığını yandırıb kefi istəyəndə zolaq dəyişən sürücü - 77-SG-742 - VİDEO

Sumqayıt şəhəri, Koroğlu prospektində qayda pozan sürücü avtomobilin videoregostratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 13-də saat 09:28 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 77-SG-742 dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olan avtomobilə əhəmiyyət vermədən qarşısına keçib və qəza şəraiti yaradıb. Xoşbəxtlikdən sürücü ehtiyatlı davranaraq baş verəcək təhlükənin qarşısını alıb.
Qeyd edək ki, bəzi sürücülər dönmə siqnalını aktivləşdirməklə digər zolaqlara keçərkən üstünlük qazandıqlarını zənn edirlər. Halbuki, yol hərəkəti qaydalarına əsasən, sürücü manevr etməzdən əvvəl həmin zolağın boş olduğuna əmin olmalı və yalnız bundan sonra hərəkətini davam etdirməlidir. Bu tələblərə əməl edilməməsi isə qəza riskini qaçılmaz edir.
Nərmin
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












