Dönmə işığını yandırıb zolaqdan-zolağa keçən sürücü - 99-LO-210 - VİDEO

Paytaxtın hava limanı yolunda qayda pozan sürücünün görüntüsü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, 99-LO-210 dövlət nömrə nişanlı “Geely MK” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olduğu zolaqdan birbaşa ən sol zolağa keçid edib və görüntünü qeydə alan sürücüyə qəza riski yaradıb. Lakin qayda pozan sürücü bununla kifayətlənməyərək yenidən sağ zolağa manevr edib.
Təəssüf ki, bəzi sürücülər dönmə işığını yandıraraq istənilən halda manevr edə biləcəklərini və belə etdikdə xəta törətmədiklərini düşünürlər. Lakin bu qanunvericiliyə əsasən qayda pozuntusu hesab olunur. Manevr etmək istəyən sürücü keçid edəcəyi zolağın boş olduğuna və digər nəqliyyat vasitələrinə təhlükə yaratmadığına əmin olduqda bu əməliyyatı icra edə bilər.
Nərmin
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












