İşıq dirəyinə dəyən “BMW” 200 metr sonra dayandı – Sərxoş sürücü polislə dalaşdı - VİDEO

Qəza törədən sürücü ona protokol yazan polis əməkdaşlarına hücum çəkib. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Kayseri şəhərində baş verib. Belə ki, Melikgazi rayonunda S.K. idarə etdiyi 38 AD 729 nömrə nişanlı “BMW” markalı avtomobili işıq dirəyinə çırpıb. Zərbənin təsirindən dirək yerindən qopub və avtomobil 200 metr getdikdən sonra dayanıb. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə polis və təcili yardım işçiləri göndərilib.
Polis ərazidə tədbir görüb və ilkin qiymətləndirmələr nəticəsində heç kimin xəsarət almadığı müəyyən edilib.
Yol polisi əməkdaşları sürücünü alkotesterdən keçirmək istəsələr də o, bundan imtina edib. “Mən sərxoş deyiləm” - deyən S.K. əsəbiləşərək polis əməkdaşlarına hücum çəkib və onları hədələyib.
Polis və vətəndaşlar tərəfindən sakitləşdirilən sürücü daha sonra polis idarəsinə aparılıb. Maşın isə evakuatorla cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












