İslah olmaq istəməyən AVTOXULİQANLAR: bəlkə klassiklərimizi oxutduraq?

Elə bir həftə yoxdur ki, Azərbaycan mediasında avtoxuliqanlıq edən, maşında konstruksiya dəyişikliyi aparan, yaxud nömrəsiz maşın sürən qazilərlə bağlı xəbərlər yer almasın.
Bəs belə halla başqa ölkələrdə necə mübarizə aparılır.
Əvvəla, bunu deyək ki, dünyanın hər yerində döyüşdən qayıdanlar fərqli davranış nümayiş etdirirlər ki, bu da tamamilə başadüşüləndir.
Əhalinin bu insanlara xüsusi marağının olması da veteranların özünü imtiyazlı hiss etməsinə səbəb olur.
Dost-tanışlarımın, iş yoldaşlarımın arasında Vətən müharibəsinin çətinliklərini görmüş çox sayda gənc var. Lakin onların böyük əksəriyyəti müharibə bitdikdən sonra mülki işinə qayıdıb və döyüş mövzusunu belə demək mümkünsə unudublar.
Bu insanlar özlərini təmkinli, ləyaqətli vətəndaş kimi aparır, heç bir yerdə qazi, müharibə iştirakçısı olduqlarını dilə gətirmirlər.
Təəssüf ki, bəzi müharibə iştirakçılarının nadinc uşaq kimi davranışı digər qazilər barədə də mənfi rəy formalaşması ilə nəticələnir.
Bəs bu cür davranan şəxslərlə başqa ölkələrdə, konkret olaraq Avropada necə mübarizə aparılır?
Almaniya, İsveçrə, İtaliya, Fransa, Belçika, Lüksemburq kimi ölkələrin yol hərəkəti qanunvericiliyi barədə dəfələrlə yazdığımız üçün hansısa qanunu və ya maddələri təkrar xatırlatmağa lüzum görmürük.
Bu ölkələrin qanunvericiliyində islaholunmaz sürücülər barədə cəzaları aşağıdakı şəkildə ümumiləşdirə bilərik.
Residivist, yəni eyni qaydanı dəfələrlə pozan sürücülər üçün əsas cəza cərimə məbləğinin artırılması və sürücülük vəsiqəsinin ləğv edilməsidir. İkinci ən çox tətbiq edilən cəza avtomobilin cərimə meydançasına yerləşdirilməsidir.
Bəzi ölkələrdə polis ucuz və köhnə avtomobilləri cərimə meydançasına deyil, birbaşa utilizasiyaya göndərir. Adı çəkilən ölkələrdə belə bir prinsip əsas tutulur: avtomobil yoxdursa, qayda pozmaq üçün vasitə də olmayacaq.
Təcrübə göstərir ki, bir neçə yüz min dollar dəyəri olan avtomobillə nümayişkaranə formada qaydapozma hallarına nadir hallarda rast gəlinir.
Ləğv edilmiş sürücülük vəsiqəsinin bərpası da ayrı problemdir. Məhkəmələr praktikada bu hüququn bərpası üçün praktikada 3-5 illik qadağa tətbiq edir. Yalnız bundan sonra sürücü təkrar imtahan verərək vəsiqə almalıdır.
Bu da Avropa ölkələrində orta hesabla 3 000 avroya başa gəlir. Əldə edilən yeni vəsiqədə isə sürücüyə maksimum 6 bal verilir. Bu bal bitdikdə sürücü yeni vəsiqə almalıdır.
Avropa məhkəmə praktikasında avtoxuliqanlıq edən sürücüyə “üçüncü şəxsin həyatını təhlükədə qoyma” maddəsi ilə cinayət işinin açılması hallarına da geniş rast gəlinir.
Bu, xüsusən polisin saxla əmrinə tabe olmayan, yaxud başqa avtomobillərə zərər vuran avtoxuliqanlara şamil edilir.
İpə-sapa yatmayan sürücülərlə bağlı bir maraqlı təcrübə də Fransada mövcuddur. Məhkəmə hər ay onlarla sürücünü öz hesabına yol hərəkətinə uyğunluq kurslarına göndərir. Bu isə avtoxuliqanlar üçün əsl məşəqqətdir.
Elə öz klassiklərimizin əsərləri üzərində müqayisə aparaq: “7 gözəl”, “Leyli və Məcnun”, “Kəmalüddövlə məktubları”, “Dumanlı Təbriz”, “Şamo” əsərlərini oxuyub imtahan vermək üçün nə qədər vaxt lazımdır?
Dünya gör-götür dünyasıdır deyirlər. Bəlkə avtoxuliqalıqla mübarizədə beynəlxalq təcrübədən faydalanaq?
Vüqar Yaşaroğlu
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












