LED işıq quraşdırmağa görə avtomobillər duracağa aparıla bilər? – EKSPERT AÇIQLADI - FOTO

Bəzi sürücülər son günlər sosial şəbəkələrdə avtomobillərinin LED tipli işıqlara görə duracağa aparıldığını iddia edir. Məsələ geniş müzakirələrə səbəb olub. Bəs LED lampalar nədir və onların istifadəsi qanunla necə tənzimlənir?
Avtosfer.az xəbər verir ki, LED (Light Emitting Diode) lampalar ənənəvi lampalara nisbətən daha parlaq və enerji qənaətlidir. Bu səbəbdən bir çox sürücü avtomobilinə sonradan LED lampalar quraşdırır. Lakin bu dəyişikliklər bəzi hallarda texniki tələblərlə ziddiyyət təşkil edə bilər.
Əgər avtomobilin istehsalında LED faralar nəzərdə tutulmayıbsa və sonradan əlavə olunubsa, bu dəyişikliklər texniki baxışdan keçməməyə səbəb ola bilər.
Məsələ ilə bağlı avtoekspert Eldəniz Cəfərov saytımıza açıqlamasında bildirib ki, LED lampaların istifadəsinə görə deyil, onların xüsusiyyətlərinə görə qiymətləndirmə aparılır:

“Əslində, LED işığa görə birbaşa cərimə tətbiq edilmir. Heç onun cərimə meydançasına aparılması da bu səbəbdən baş vermir. Burada əsas məsələ avtomobillərin işıq buraxma bucağı ilə bağlıdır. Bu bucaq elə tənzimlənməlidir ki, qarşıdan gələn sürücünün gözünü qamaşdırmasın.
Əgər bu qaydalara əməl olunmursa, artıq orada LED-in və ya ksenon lampanın istifadə olunması fərq etmir. İstənilən işıq mənbəyi — hətta adi qabarıq işıq da düzgün quraşdırılmayıbsa və sürücünün gözünü qamaşdırırsa, bu, artıq cəriməyə səbəb ola bilər”.
Eldəniz Cəfərov əlavə edib ki, bu, sürücülərin istədikləri lampanı və ya LED işığı avtomobillərinə quraşdıra biləcəkləri demək deyil:

“Təəssüf ki, bəzən yollarda məsuliyyətsiz sürücülərlə rastlaşırıq. Görürük ki, elə gücləndirici cihazlar və ya lampalar quraşdırılır ki, bu, qarşıdan gələn sürücünü “kor” edə bilər və nəticədə qəza baş verə bilər.
Ortaq məxrəc isə ondan ibarətdir ki, hər bir sürücü qanunvericiliyin tələblərinə uyğun hərəkət etməli, avtomobilinə yalnız ona uyğun olan lampalardan istifadə etməlidir”.
Fidan
Bibiheybət yolunda təhlükəli vərdiş: Sürücülər əks yola çıxaraq xaos yaradır - VİDEO
Sürücülük vəsiqəsi almaq istəyən 18 yaşlı şəxslər təlimlərə nə vaxt başlaya bilər? – AÇIQLAMA
Prospektdə təhlükə: Azyaşlılar maşının pəncərəsindən sallandı - VİDEO
Cəbrayılda avtoxuliqanlıq edən sürücülər cərimələndi
Xırdalanda acınacaqlı vəziyyət: Nişan yoxa çıxıb, zebra silinib - VİDEO
Sürücü girişi qadağan edən nişanın tələbini pozub "protiv" getdi - VİDEO
Sol zolaqdakı maşını sıxışdırıb qəza şəraiti yaratdı - 77-VF-202 - VİDEO
Sürücü keçidi keçən qadına yol verməyib təhlükə yaratdı - VİDEO
Avtobusda təhlükəli anlar: Gənclər qapıdan sallanaraq həyatlarını riskə atdı - VİDEO
Qırmızı işıqdan yayınan sürücü əks yola çıxıb qarşıdan gələnlərə maneə yaratdı - VİDEO
Bütün sürücülər qaydaları ondan öyrənib: "40 manat cərimə olunmuşam" - VİDEO








