Masazırda sürücü dəfələrlə əks yola çıxıb riskli ötmələr etdi - VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə ilə bağlı görüntülər sürücülərdən biri tərəfindən sosial şəbəkədə paylaşılıb. Hadisə mayın 1-də günorta saatlarında İstiqlaliyyət küçəsində qeydə alınıb.
Kadrlardan aydın görünür ki, 99-VN-683 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxır. O, bu təhlükəli manevri bir neçə dəfə təkrarlayır.
Nəticədə qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə real təhlükə yaranır. Sürücü bir müddət sonra yenidən öz hərəkət zolağına qayıtsa da, bu zaman da digər avtomobillər üçün riskli vəziyyət formalaşdırır.
Hadisə şahidinin iddiasına görə, qayda pozan sürücü yol boyu dəfələrlə əks yola çıxaraq qarşısındakı nəqliyyat vasitələrini ötməyə cəhd edib.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












