Müğənni polisə tabe olmadı, 30 sutkalıq həbs edildi - 99-MM-276 - VİDEO

Bakıda sürücü maşınını qəsdən digər avtomobillərə vuraraq onlara zərər yetirib.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan həmin sürücünün maşınlara çırpılandan sonra hadisə yerindən uzaqlaşdığı da görünür.
Məsələyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi reaksiya verib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Toğrul Nəsirli bildirib ki, İdarənin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, “Mercedes” markalı 99-MM-276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural Abdullayev tabesizlik göstərsə də, görülən tədbirlər nəticəsində saxlanılıb və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Abdullayevin sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.
***
Lent.az-ın məlumatına görə, həmin şəxs müğənni Tural Gəncəlidir.
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO













