Necə gəldi əks yola çıxan təlim maşını az qala qəza törədəcəkdi - VİDEO

Paytaxtın Qafur Murad küçəsində yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” xəttinə video göndərərək məlumat verib. Hadisə sentyabrın 5-də saat 10:48 radələrində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, yolayrıcına daxil olan “Renault” markalı avtomobilin sürücüsü sağa döndükdən dərhal sonra əks istiqamətli yola çıxıb. Bu zaman həmin istiqamətdə hərəkətdə olan “Leapmotor” markalı avtomobilin qarşısına çıxaraq qəza şəraiti yaradıb.
Ardınca sürücü arxadan gələn avtomobil üçün də təhlükəli vəziyyət yaradıb. Xoşbəxtlikdən həmin maşının sürücüsü vaxtında dayanaraq toqquşmanın qarşısını alıb.
İzləyicinin iddiasına görə, hadisə zamanı təlimçi yan oturacaqda olub, avtomobili isə onun tələbəsi idarə edib.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən, sürücü manevr edərkən digər hərəkət iştirakçıları üçün təhlükə və maneə yaratmamalıdır.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












