Oğurluğa görə cəzanın ağırlaşdırılması cinayətlərin qarşısını ala bilər? – EKSPERTLƏRDƏN AÇIQLAMA - FOTO

Ötən həftə Milli Məclisinin plenar iclasında Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi təklif edilib. Belə ki, təklif edilən dəyişikliklərə əsasən, oğurluq əməlinə görə azadlıqdan məhrumetmə cəzası iki ildən üç ilə qədər artırılır.
Avtosfer.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsində qeyd olunub ki, bu dəyişiklik oğurluq əməlini artıq "böyük ictimai təhlükə törətməyən cinayət" deyil, "az ağır cinayət" kateqoriyasına aid edir.

Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı saytımıza açıqlamasında bildirib ki, cinayət və oğurluq hallarını müzakirə edərkən məsələyə yalnız cəza baxımından deyil, həm də səbəblər baxımından yanaşmaq vacibdir.
“Əgər biz bu hadisələrin kökündə yatan sosial problemləri aradan qaldırmasaq, verilən ağır cəzalar belə uzunmüddətli təsir göstərməyəcək.
Aristotelin məşhur bir sözü var: "Ehtiyac cinayətin anasıdır." Yəni cinayətlərin böyük əksəriyyəti – bəzən 90%-ə qədər – insanın ehtiyacından qaynaqlanır. Əgər insanların əsas ehtiyacları – yemək, sığınacaq, iş – təmin olunmursa, onlar həyatda qalmaq üçün qeyri-qanuni yollara üz tuta bilərlər. Sadə bir misal: bir nəfər aclıqdan ölməmək üçün mağazadan çörək oğurlayır. Belə bir halda həmin şəxsi sərt şəkildə cəzalandırmaq nə qədər ədalətli olar?”
Sosioloq qeyd edib ki, cəzalar ağırlaşdırılmazdan əvvəl insanların sosial rifahı təmin edilməlidir.
“Deputatlar bu istiqamətdə qanunverici təşəbbüslərlə çıxış etməli, sosial siyasətin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər görməlidirlər.
Cinayətlərin və oğurluqların daha çox işsizlik, yoxsulluq və ümumi sosial gərginliyin yüksək olduğu ölkələrdə baş verməsi də bu fikri təsdiqləyir. Əgər insanlar normal, təminatlı həyat sürsə, nə üçün cinayətə əl atsınlar? Cəzalar olmalıdır. Amma cəzalar adekvat və ədalətli olmalıdır. Başqasının əmlakına zərər vurmaq olmaz, cinayət edən məsuliyyətə cəlb olunmalıdır. Ancaq bu cəza, hadisənin arxasında yatan səbəbləri də nəzərə almalıdır. Yəni kefindən cinayət törədən biri ilə aclıqdan ölməmək üçün bir tikə çörək oğurlayan biri eyni səviyyədə cəzalandırılmamalıdır”.

Mövzu ilə əlaqədar təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Rəşad Rzanin fikrincə, bu dəyişikliklər ətrafında aparılan müzakirələr yerində və məqsədəuyğundur:
“Cəzanın artırılması dünya təcrübəsindən də görürük ki, cəzaların sərtləşdirilməsi hər hansı bir cinayətin azalmasına gətirib-çıxarıb. Cəza tədbirlərinin sərtləşdirilməsi həm də potensial cinayətkarlar üçün ciddi xəbərdarlıq xarakteri daşıyır və hüquqi maarifləndirmə ilə birgə tətbiq olunduqda müsbət nəticələr verir”.

Fidan
Zağulba yolunda velosiped zolağını parkinqə çevirdilər – ETİRAZ - VİDEO
Bakıda sürücü təcili yardımın arxasına sığınıb qaydaları pozdu - VİDEO
Bakıda "qırmızı"da keçən avtomobil zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Əks yolda ötmə edən sürücü qarşıdan gələn maşını yoldan çıxartdı - VİDEO
Qəza zamanı avtomobili yerindən tərpətmək olar, yoxsa yox? – Ekspert AÇIQLADI - VİDEO
Bu yolda tıxac belə yaranır - 3 zolağı 4 edənlər, təcili yardıma yapışanlar - VİDEO
Piyada keçidində yol vermək üstündə mübahisə: “Sən niyə dayanmısan?” - VİDEO
Sədərək yolunda qayda pozan sürücü özündən çıxdı: Hələ qapını açıb… - VİDEO
Sürücü eyni anda 2 qayda pozdu: Sağdan gəlib qırmızıda keçdi - VİDEO
Sürücünün yola atdığı közərmiş siqaret kötüyü motosikletçinin üzərinə düşdü - VİDEO
Qırıq xətti qoyub bütöv xətdə 2 dəfə ötmə edərək təhlükə yaratdı - 90-NO-151 - VİDEO










