Piyada keçidinin üstündə maşını saxlayıb yük boşaldan sürücü - 90-NO-176 - FOTO

Sürücülərin yol hərəkəti qaydalarını pozmaları həm digər nəqliyyat vasitəsi idarəçilərinin, həm də piyadaların hərəkətinə mane olur.
Avtosfer.az xəbər verir ki, bu hal paytaxtın Yasamal rayonunda daha çox müşahidə edilir. Bu rayonda sanki sürücülər qaydaları ümumiyyətlə tanımır və onlara riayət etmək niyəti yoxdur. Bu dəfə də Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində 90-NO-176 nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü maşını piyada keçidinin üstündə saxlayıb yük boşaldıb. Bununla yol keçməyə çalışan piyadaların digər sürücülər tərəfindən görünməsinə mane olub. Vətəndaşlar sürücünün bu davranışından narazılıq bildirib və avtomobilin fotosunu sosial şəbəkələrdə paylaşıb.
Qeyd edək ki, bu cür qayda pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən cərimə edilə bilərlər.
Səfər
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












