Qaydaları pozub görüntüləri sosial şəbəkədə PAYLAŞDI - Həbs olundu - VİDEO

Avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkədə paylaşan daha bir şəxs həbs edilib.
Avtosfer.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, 28 yaşlı Rüstəm Həsənov inzibati məsuliyyətə cəlb edilib.
Belə ki, onun idarə etdiyi “VAZ 2121” (Niva) markalı 90-DH-344 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu ərazisində hərəkətdə olarkən ictimai qaydanı pozaraq avtoxuliqanlıq əməli törətdiyi və bu növ videoları sosial şəbəkələrdə paylaşaraq insanların haqlı narazılığına səbəb olduğu üçün Abşeron RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Həmçinin, sosial şəbəkələrdə paylaşılan görüntülərdə sürücünün daha bir qayda pozuntusu da aşkar edilib.
Belə ki, araşdırmalarla R.Həsənovun idarə etdiyi avtomobilin üzərində qanunvericiliklə qadağan olunan konstruksiya dəyişikliyi edərək nəqliyyat vasitəsini bu vəziyyətdə idarə etdiyi də məlum olub. Müvafiq sənədləşdirmə aparılaraq toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Həsənov əməlinə hüquqi qiymət verilərək o, 20 sutka inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
DİN-dən bildirilib ki, avtoxuliqanlıq əməlləri törədənlərə qarşı tədbirlər davam etdiriləcək:
“Yol hərəkəti qaydalarını pozaraq özlərini və ətrafdakı insanların həyatını təhlükəyə atmasınlar, nəzərə alsınlar ki, sosial şəbəkələrdə paylaşılan bu növ qayda pozuntularının hər biri diqqət mərkəzində saxlanılır və qayda pozan hər bir şəxs aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülür”.

Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












