Sumqayıtda "tək təkər" motosiklet idarə edən sürücü həbs edildi - FOTO - VİDEO

Sosial şəbəkələrdə Sumqayıt şəhərində bir motosiklet sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsi ilə dövlət qeydiyyat nişanları olmadan təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna dair görüntülər yayılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları həmin görüntüləri araşdırıb və Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən keçirilən tədbirlərlə motosiklet sürücüsü Kamil Kamal oğlu Abbasov müəyyən edilərək saxlanılıb. Sürücüyə qarşı motoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaratdığına görə inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Kamil Abbasov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












