Sürət həddini aşan sürücülər həbs və cərimə olunacaqlar – YENİ QAYDA

Fransada saatda 50 kilometrdən çox sürət həddini aşan sürücülər üç aya qədər həbs və 3750 avro məbləğində cərimə olunacaqlar. Avtosfer.az xəbər verir ki, bu barədə "Journal Officiel" nəşri məlumat yayıb.
Qeyd edilib ki, sərt qaydalar dekabrın 29-dan qüvvəyə minəcək. "Sürət həddini əhəmiyyətli dərəcədə aşmaq qəza halında ağır nəticələrə səbəb olan xüsusilə təhlükəli davranışdır. Həddindən artıq sürət reaksiya müddətini azaldır, əyləc məsafəsini artırır, nəqliyyat vasitəsinin idarə olunmasını pozur və toqquşma zamanı zərbə gücünü artırır", - deyə Fransanın Yol Təhlükəsizliyi Departamenti sərt qaydaların tətbiqinə münasibət bildirib. Yeni qaydalara görə, sürət həddini əhəmiyyətli dərəcədə aşan şəxslərin nəqliyyat vasitələri müsadirə olunacaq və onlar beş ilədək sürücülük hüququndan məhrum ediləcəklər. Həmçinin, sərt cəzaya məruz qalan sürücülər yol təhlükəsizliyi ilə bağlı maarifləndirmə kursunu da bitirməli olacaqlar (oxu.az).
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












