Sürücü şirkət maşınını “zebra”nın üstündə park edib ərazidən uzaqlaşdı - FOTO

Bəzi hallarda sürücülər park etmə qaydalarına məhəl qoymadan, özlərinə rahat olan şəkildə avtomobillərini saxlayırlar. Bu cür hallarda nəinki digər sürücülərin hərəkətinə, həm də piyadaların təhlükəsizliyinə maneə yaranır. Son illərdə bu kimi qayda pozuntuları ictimai qınaq və sosial şəbəkələrdə paylaşmaq yolu ilə daha tez ifşa olunur. Bu da müəyyən mənada sürücülərin daha məsuliyyətli davranmasına səbəb olsa da, hələ də qaydalara əməl etməyənlər tapılır.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonunda bu cür hallar vaxtaşırı təkrarlanır.

Belə ki, rayonun Bəsti Səfərova küçəsində “CleanArt” təmizləmə şirkətinə məxsus 10-DD-402 dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobil piyada keçidinin üstündə park edilib.
Qeyd edək ki, qaydaları bu cür pozan sürücülər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilir.
Fidan

Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












