Tıxacdan bezən sürücü səkiyə “dırmanıb” yoluna davam etdi - AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Paytaxtın Yasamal rayonu Abdulla Şaiq küçəsində qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 16-da səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 50-BN-509 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü səkiylə hərəkət edib. Belə ki, o, tıxacda qalmamaq üçün avtobus zolağına keçir və maşını piyadalar üçün nəzərdə tutulmuş səkiyə çətinliklə çıxarır. Qayda pozan sürücü daha sonra yolun sağ tərəfinə keçərək hərəkətinə davam edir.
Qeyd edək ki, sürücü, piyadaların hərəkəti üçün nəzərdə tutulan yolla hərəkət etdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 manat cərimələnə bilər.
Hadisəylə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytnantı Rüstəm Əhmədli Avtosfer.az-a açıqlama verib: “Qayda pozan sürücü polis şöbəsinə dəvət olunub, ona hüquq və vəzifələri izah olunaraq barəsində qanunamüvafiq tədbirlər görülüb”.
Nərmin
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












