“VAZ”ın qabağını qaldırıb nömrəsiz sürən sürücü - 90-BS-437- DİN-dən AÇIQLAMA - VİDEO

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İsmayıllı rayonunda idarə etdiyi “VAZ-2107” markalı avtomobillə qaydaları pozan sürücü ilə bağlı araşdırma aparılıb. Müəyyən olunub ki, videogörüntülər ötən il qeydə alınıb və həmin vaxt sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub. Hazırda qeyd olunan nəqliyyat vasitəsi rayon ərazisində idarə olunmur.
***14 noyabr, 18:35
İsmayıllı rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını “TikTok” sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 90-BS-437 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin ön dövlət nömrə nişanını çıxararaq idarə edib. Eyni zamanda o, maşının konstruksiyasına müdaxilə edərək arxa yayları kəsib və ön hissəsini qaldırıb və nəqliyyat vasitəsini ön işıq cihazlarından biri nasaz vəziyyətdə sürüb. Digər kadrda isə toy karvanında iştirak edən sürücü, maşının arxa tərəfinə bağladığı tül ilə dövlət nömrə nişanını gizlədib.
Qanunvericiliyə görə, nəqliyyat vasitəsinin nömrə nişanını gizlətmək, dəyişdirmək və ya oxunmaz vəziyyətə salmaq ciddi qayda pozuntusu hesab olunur və sürücülər barəsində inzibati məsuliyyət nəzərdə tutulur.
Nərmin
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












