Velosiped zolağını parkinqə çevirən sürücü - 90-AA-653 - FOTO

Paytaxtın Səbail rayonu, Nizami küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yol-hərəkəti qaydalarını pozan sürücü lentə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 12-də saat 13:40 radələrində qeydə alınıb. Belə ki, 90-AA-653 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü velosipedçilər üçün nəzərdə tutulmuş zolaqda park edib. Nəticədə velosipedçilərin hərəkəti məhdudlaşdırılıb və onlar avtomobillər üçün nəzərdə tutulmuş zolağa çıxmağa məcbur qalıblar. Bu hal isə həm velosipedçilər, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, velosiped zolağında dayanma və parklanma qadağandır. Bu cür qayda pozuntuları yol hərəkətinin təhlükəsizliyini ciddi şəkildə pozur və qəza riskini artırır.
Nərmin


Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO














