Yolayrıcında qəfil zolaq dəyişən sürücü qəza şəraiti yaratdı - 99-GT-074 - VİDEO

Bakı şəhəri, Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişməsində qayda pozan sürücü avtomobil kamerasına düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 7-də saat 07:21 radələrində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 99-GT-074 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü düzgün zolaqda yerləşməyib. Videodan görünür ki, o, yalnız düzünə hərəkətə icazə verən zolaqda dayanıb və işıqforun yaşıl işığında hərəkətə başlayarkən sağa dönən avtomobilin qəfil zolağına manevr edib. Nəticədə həmin zolaqdakı sürücüyə qəza şəraiti yaranıb. Xoşbəxtlikdən qarşı tərəf vaxtında reaksiya verərək təhlükənin qarşısını ala bilib.
Qanunvericiliyə görə, sürücülər yalnız işıqfor və yol nişanları ilə müəyyən olunmuş zolaqda hərəkət etməli, manevr zamanı digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etməlidir. Hərəkət zolaqlarını düzgün istifadə etməmək həm qəza riskini artırır, həm də inzibati məsuliyyət yaradır.
Nərmin
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












