Yolun ortasında dayanıb maşını geriyə sürən sürücü - 77-HP-339 - VİDEO

Bakı-Sumqayıt şossesində qayda pozan sürücü videoqeydiyyatçıya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 21-də saat 11:17 radələrində qeydə alınıb. Belə ki, 77-HP-339 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq nəqliyyat vasitələrinə təhlükə yaradıb. Bununla kifayətlənməyən sürücü, maşını geriyə verərək həmin zolaqda hərəkətdə olan avtomobilə qəza şəraiti yaradıb. Görüntünü qeydə alan sürücünün sözlərinə görə, qayda pozan şəxs müştəri götürmək üçün maşını arxa-arxaya sürüb.
Təəssüflə qeyd edək ki, sözügedən ərazidə belə xoşagəlməz hallarla tez-tez rastlaşmaq mümkündür. Adətən “Manatlıq taksi”lər zolaqda anidən dayanaraq sürücülərin hərəkətinə əngəl törədirlər və qəza riskinə səbəb olurlar.
Nərmin
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












