Azərbaycan məktəblərində gözlənilən yeni qadağa – Mühüm DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə “TikTok”a giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub.
Yaxın zamanlarda məktəblərdə başqa hansı istiqamətdə yeni tənzimləmələrin olması gözləniləndir, yaxud zəruridir?
Avtosfer.az bildirir ki, globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, “TikTok” platformasına çıxışın məhdudlaşdırılması ötən illərdən tətbiq olunur:
“Bu il isə qaydalar bir qədər də sərtləşdirilib. Bununla yanaşı, təhsil müəssisələrində narkotik vasitələrin istifadəsi, cinayət hadisələri və qeyri-etik görüntülərlə bağlı olanlar da daxil olmaqla, 200-dən çox zərərli məzmunlu paylaşımın məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb. Bu, zəruri və düzgün qərardır”.
Ekspert bildirib ki, şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsi qadağandır:
“Bu qayda ilə yanaşı, müəyyən məzmunlara çıxışın məhdudlaşdırılması da onların zərərli paylaşımları izləməsinin qarşısını almağa xidmət edir. Xüsusilə “TikTok”da şagirdlərin bir-birinə qarşı zorakılıq görüntülərini çəkərək paylaşması bu məhdudiyyətin tətbiqini zəruri edən amillərdən biri olub.
Gözləntilər ondan ibarətdir ki, gələcəkdə yalnız “TikTok” deyil, şagirdlər üçün zərərli məzmun ehtiva edən digər sosial şəbəkələrə çıxış da məhdudlaşdırılsın. Ümumilikdə, bu istiqamətdə görülən tədbirlər vacibdir. Şagirdlərin əsas diqqəti elmə və təhsilə yönəlməli, onlar bu sahələrdə inkişaf etməlidirlər”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












