Azərbaycana “yandırıcı” və “boğucu” istilər gəlir - Avqustun əvvəlindən...

Regional və qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycanda yay fəsli kəskin dinamik meteoroloji proseslərlə xarakterizə olunur. Sinoptik proqnozlar təsdiqləyir ki, yay mövsümündə havanın orta temperaturu çoxillik iqlim normasından yüksək ola və fəsil iki əsas fazada inkişaf edə bilər. Hazırda mövsümün başlanğıcını əhatə edən nisbi sabitlik fazasında temperatur iqlim norması daxilində tərəddüd edir.
Bəs iyulun sonu və avqustun ortaları üçün proqnozlar necədir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a açıqlamasında hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, iyulun sonu və avqustun əvvəli adətən Azərbaycanın iqlimi üçün ilin ən isti dövrü hesab olunur:
“Bu müddət ərzində sinoptik vəziyyətə əsasən müəyyən tendensiyalar müşahidə edilir. İyulun sonu və avqust ayı yarımada və düzənlik rayonlarında (xüsusilə Bakı və Abşeron yarımadasında) ən yüksək orta gündəlik temperaturların qeydə alındığı dövrdür. Bu dövrdə havanın temperaturunun çoxillik normaya yaxın və ya ondan bir qədər yüksək olması ehtimalı böyükdür. İqlim dəyişikliyi fonunda, xüsusən də subtropik hava kütlələrinin daxil olması ilə qısa müddətli, lakin intensiv “yandırıcı” isti dalğaları tez-tez müşahidə edilir. Bu zaman temperaturun normadan 3-5 dərəcə yuxarı qalxması və diskomfort hissinin artması mümkündür”.
Cavid Hüseynov əlavə edib ki, Abşeron yarımadasında dəniz istiliyi və rütubət səbəbindən yüksək temperatur zamanı “boğucu” isti hava şəraiti (rütubətli istilik) daha çox hiss olunur. Ona görə də, bu dövrdə açıq havada uzun müddət qalmaq, xüsusilə günün pik saatlarında (saat 11:00-17:00 arası) birbaşa günəş şüaları altında olmaq istilik vurması riski yarada bilər”.
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı
Metro ilə bağlı şad xəbər - Bu tarixdə...












