Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək

“Əhaliyə verilən istilik enerjisi mütləq şəkildə sayğacla ölçülməlidir”. Avtosfer.az.az xəbər verir ki, bunu “Report”a müsahibəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, bu həm şəffaflıq, həm də xərclərin optimallaşdırılması baxımından vacibdir:
“Biz son iki ildə bu mövzunu aktiv şəkildə gündəmə gətirmişik. Əvvəllər bu məsələ ümumiyyətlə müzakirə olunmurdu. Ola bilsin ki, bəzi hallarda biz çox enerji veririk, amma onun dəyərini tam şəkildə ala bilmirik”.
Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək
İ.Mirzəliyevin fikrincə, istilik sayğacları qaz, su və elektrik sayğacları kimi sadə deyil:
“Onların quruluşu və idarə edilməsi daha mürəkkəbdir. Mənzillərə gələn istilik bir nöqtədən deyil, bir neçə boru xətti ilə ötürülür. Bu səbəbdən hər otağın batareyasına ayrıca sayğac qoymaq texniki və inzibati baxımdan çətindir. Belə halda hər ay mənzillərə daxil olaraq sayğac göstəricilərini oxumaq, müdaxilələrin qarşısını almaq da problem yaradır. Buna görə də biz mərhələli şəkildə hərəkət etməyi planlaşdırırıq”.
O qeyd edib ki, ilk mərhələdə qeyri-əhali abonentləri, yəni məktəblər, bağçalar, tibb müəssisələri və digər ictimai binalar üzrə sayğacların quraşdırılmasını nəzərdə tutulur:
“Bu obyektlərdə enerji bir nöqtədən daxil olduğu üçün texniki baxımdan sayğac yerləşdirmək mümkündür. Əhali abonentləri üçün isə artıq pilot layihə həyata keçirilir: 60 istilik sayğacı alınıb və bir hissəsi quraşdırılıb. Bu mövsümdə həmin sayğacların iş prinsipi və nəticələri təhlil ediləcək. Yekun qiymətləndirmədən sonra yaşayış binalarında da mərhələli şəkildə sayğac quraşdırılması məsələsi gündəmə gətiriləcək. Burada bir mühüm hüquqi məqam da var – sayğacın bir tərəfi təchizatçı (“Azəristiliktəchizat”), digər tərəfi isə istehlakçı olmalıdır. Amma çoxmənzilli binalarda hələ MMMC-lər tam formalaşmadığı üçün binalarda kim bu tərəfi təmsil edəcək, bu məsələ aydın deyil”.
Bütün bunlara baxmayaraq, qurum rəhbəri deyir ki, proses davam etdirilir:
“Pilot layihənin nəticələrinə əsasən, hökumətə konkret təkliflər paketi təqdim olunacaq. Sayğacların quraşdırılması əhali istehlakçıları üçün dövlət və “Azəristiliktəchizat”ın hesabına, qeyri-əhali abonentləri üçün isə öz vəsaitləri hesabına həyata keçiriləcək”.
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA












